PDF Oxu

Müxalifət

  • 13

"İctimai Palata"nın süqut günü bəlli oldu

"İctimai Palata"nın süqut günü bəlli oldu

AXCP-Müsavat qarşıdurması düşərgədaxili prosesləri dalana dirəyib

AXCP-Müsavat qarşıdurması ətrafında yaşanan gərginlik dağıdıcı düşərgənin digər qanadlarına da sirayət etməkdədir. Belə ki, bir müddət öncə "EL" hərəkatı ilə bağlı mətbuata yayılan xəbərlərdən sonra həm "İctimai Palata"da, həm də digər müxalifətdaxili qurumlarda parçalanma proseslərinə start verilib. Bu prosesin tərkib hissəsində Müsavat partiyasının rolu daha çox görünməkdədir. Daha dəqiq desək, Müsavatın rayon tşkilatlarının Eldar Namazovun başçılığı ilə "EL"-ə cəlb olunması iddiaları burada başlıca faktorluğunu qoruyub-saxlamaqdadır.

Eynu zamanda, güman etmək mümkündür ki, E.Namazov "Ziyalılar Forumu"nun təsisçisi Rüstəm İbrahimbəyovun təlimatlarına uyğun olaraq, İsa Qəmbərin prezidentliyə namizədliyinin qarşısını almaqdan ötrü Müsavatın rayon təşkilatlarına müdaxilə etmiş və həmin müdaxilələr hər iki qurum arasında ciddi təfriqələrə səbəb olmuşdu.

Əli Kərimlinin Müsavata qarşı hücumların sayı artır

Lakin daha bir maraqlı məqam ondadır ki, Müsavat başqanı İsa Qəmbərdən fərqli olaraq, AXCP sədri Əli Kərimlinin hələ ki, istər "EL"-ə, istərsə də "Ziyalılar Forumu"na münasibəti istidir və həmin münasibətlər çərçivəsində Müsavat başqanına qarşı hücumların sayının artdığını da görmək mümkündür. Çünki bu ərəfələrdə "Ziyalılar Forumu", AXCP və "EL" hərəkatı arasında danışıqların getməsi barədə informasiyalar dolaşmaqdadır. Həmin informasiyalarda bildirilir ki, yaxın zamanlarda bu təşkilatların bir araya gələcəyi, "Milli Şura"nın təsis olunacağı iddia edilir. Belə ki, "EL" hərəkatının sədr müavini Eldəniz Quliyev deyib ki, bu proses may ayının sonlarına qədər başa çatdırıla bilər. İddia edilib ki, "Milli Şura" prezidentliyə namizəd kimi R.İbrahimbəyovun namizədliyinin üzərində dayanacaq. AXCP-dən bununla bağlı kəskin etiraz səsləndirilməsə də, Müsavat rəhbərliyi bu iddiaya qarşı mövqeyini ortaya qoyub. Çünki İ.Qəmbərin namizədliyi partiyası tərəfindən irəli sürülüb və sonradan həmin namizədliyin geri götürülməsi onsuz da reputasiyası zəif olan Müsavat başqanına daha pis təsir edə bilərdi.

Ancaq AXCP sədri hələ ki, namaizədliyini irəli sürməyib və hazırda bu kontekstdə müəyyən təbliğatlar aparmaqdadır. Buradan da görünür ki, AXCP müəyyən mənada R.İbrahimbəyovla "razılığa" getsə belə, son anda həmin razılaşmanı pozacaq. Daha dəqiq desək, hazırkı mühit Ə.Kərimliyə İ.Qəmbəri seçki marafonundan çıxdaş etmək üçün çox münbit şəraitdir.

"Palata"da təmsil olan Zəfər Quliyev və Köçəri Nağıbəyli də öz güclərini "EL"-ə sərf etməkdədirlər

Təbii ki, Müsavat partiyası belə "birliyin" yaranmasını arzu etmir və İ.Qəmbər də həmin "birliyə" qarşı planlarını icra edəcək. Çünki bu halda İsa Qəmbərin namizəd qismində ortaya çıxmasına problem yaranacaq. Bu səbəbdən də "EL" hərəkatı Müsavat ilə daha bu istiqamətdə danışıqlar aparmayacaq. Artıq Müsavat rəsmiləri heç bir halda digər müxalifət qurumları ilə əməkdaşlığa getməyəcəklərini müxtəlif vasitələtlə özlərinə yaxın mətbuat səhifələrində işıqlandırırlar. Bu amil isə bütövlükdə düşərgədaxili seçki marafonunu dalana dirəyə bilər.

Daha bir maraqlı məsələ isə "İctimai Palata"da yaranan son vəziyyətlə əlaqədardır. Çünki "İctimai Palata" özünün ən passiv dövrünü yaşayır. Artıq "palata"da təmsil olan Zəfər Quliyev və Köçəri Nağıbəyli də öz güclərini "EL"-ə sərf etməkdədirlər. Təbii ki, onlarla yanaşı, AXCP-yə yaxın şəxslərin də "İctimai Palata"nın fəaliyyətindən narazılıq etmələri, bu qurumun perspektivsizliyi barədə açıqlamalar vermələri arxasında Ə.Kərimlinin antiisaçı qrupları dayanıb. Hətta onlar "palata"nın süqut vaxtını da mətbuatdan gizlətmirlər. Belə ki, bəzi məlumatlara görə, "İctimai Palata"nın fəaliyyəti mayın sonlarında dayandırıla bilər. Çünki AXCP sədrinə yaxın mənbələr onun məhz may ayında namizədliyini irəli sürəcəyini deməklə, bununla da, Müsavat partiyası ilə müttəfiqliklərinə son qoyacaqlarını gizlətmirlər.

Afət TAHİRQIZI

Digər xəbərlər