Qənimət Zahid AXCP sədrini 32 min 460 manatı mənimsəməkdə ittiham edib
AXCP sədri Əli Kərimlinin mənimsənilməsində oğurluq meyilləri zaman-zaman özünü göstərib. Belə ki, "cəbhənin" mərhum sədri Əbülfəz Elçibəy Kələkdə olarkən Türkiyədən onun müalicə xərcləri üçün göndərilən 100 min dolların yoxa çıxmasında, eləcə də partiyanın fondunda olan külli miqdarda pul vəsaitlərinin yoxa çıxmasında Ə.Kərilmlinin əlinin olması kifayət qədər öz təsdiqini tapmışdır.
Köhnə "peşəsindən" əl çəkməyən AXCP sədrinin növbəti şikarı "Azadlıq" qəzetinin Fransada yaşayan baş redaktoru Qənimət Zahid olub. Nəticədə, Ə.Kərimli ilə Q.Zahid arasında ciddi problem yaranıb. Əldə etdiyimiz məlumata görə, buna səbəb də Ə.Kərimli tərəfindən məlum 2 aprel icazəsis aksiyası zamanı saxlanılanlara və "Azərbaycan saatı" verlişinə maddi köməyin göstərilməsi ücün yaradılan fondun talan edilməsidir.
Seymur Həzi baş vermiş oğurluğu tam sübuta yetirməkdən ötrü AXCP-də açıq məhkəmə quracaq
Artıq oğurluq faktı ilə bağlı partiya daxilində ciddi qarşıdurmalar və kəskin ittihamlar baş verməkdədir. Hazırda Ə.Kərimli ona qarşı ünvanlanmış iddiaları inkar etsə də, aparılan araşdırmalar oğurluğun məhz onun tərəfindən törədilməsi sübuta yetirilməkdədir. Daha dəqiq desək, sözügedən məsələ ilə bağlı araşdırma aparan AXCP idarə heyətinin üzvü Seymur Həzi məlumat verib ki, fonddan ümumuilikdə, 32 min 460 manat yoxa cıxıb. S.Həzi bildirib ki, oğurluq hadisəsi AXCP idarə heyətində müzakirə olunsa da, nəticə olmayıb. Q.Zahid isə Ə.Kərimliyə telefon acaraq pulun qaytarılmasını tələb etsə də, ikinci vəsaitin "Azadlıq" qəzetinin ehtiyaclarına ödənildiyini bildirməklə tələbləri rədd edib. Bununla da vəziyyət daha kritik nöqtəyə qədər inkişaf edib. Bildirildiyinə görə, Q.Zahidə yaxınlığı ilə seçilən S.Həzi baş vermiş oğurluğu tam sübuta yetirməkdən ötrü AXCP-də açıq məhkəmə qurmaq fikrindədir. Artıq bununla bağlı ətrafında qruplaşma formalaşdıran S.Həzi Q.Zahidlə müəyyən razılaşdırmalar aparıldığını deyib.
Xatırladaq ki, icazəsiz aksiyalarda həbs edilən və barələrində pul cərimələri kəsilənlərlə bağlı "5 qəpik", eləcə də "10 qəpik" kampaniyalarında toplanılan pulların da bir hissəsi müəmmalı şəkildə yoxa çıxmışdı. Nəticədə, həmin müəmmalar AXCP sədrinin yaxın ətrafına doğru yönəlmişdi. Bu səbəbdən də, nəticəyə gəlmək olar ki, xalqın böyük əksəriyyətinin dəstəklədiyi hakimiyyəti müxtəlif qarayaxmalarda suçlayan "cəbhə" sədri Ə.Kərilmi bununla özünün oğru olmasını ciddi-cəhdlə gizlətməyə çalışıb. Ancaq necə deyərlər, oğurluqla ibnəliyin ömrü 40 gündən o tərəfə keçmir. Necə ki, Ə.Kərimlidə olduğu kimi...
Mübariz QULİYEV