Müsavat başqanı bu dəfə rusiyalı erməni iş adamlarına ağız açmağa gedir
Əldə etdiyimiz məlumata görə, Müsavat başqanı İsa Qəmbər Rusiyaya səfərə hazırlaşır. Belə ki, onun budəfəki məqsədi həmin ölkədə fəaliyyət göstərən erməni iş adamları ilə müəyyən razılığa gəlməkdən ibarətdir. Daha dəqiq desək, İ.Qəmbər seçkilər öncəsi qarşısına çıxa biləcək maddi problemələrini hiss etmək üçün Ermənistandakı müxalifət partiyalarının dəstəyi və köməkliyi ilə Rusiyadakı erməni oliqarxları ilə görüşərək, onlardan müəyyən təlimatlar almağı planlaşdırıb.
İsa Qəmbər zamanda, AXCP sədri Əli Kərimlinin və "EL" hərəkatının rəhbəri Eldar Namazovun ona qarşı reallaşdırılması gözlənilən planlarından da xəbərdardır
Prezidentliyə namizədliyini irəli sürmüş İ.Qəmbər, eyni zamanda, AXCP sədri Əli Kərimlinin və "EL" hərəkatının rəhbəri Eldar Namazovun ona qarşı reallaşdırılması gözlənilən planlarından da xəbərdardır. Məhz həmin planları alt-süt etmək üçün, onun ermənilərə ağız açacağı məsələsi gündəmə gəlib. Məlumdur ki, İ.Qəmbər müxalifət partiyaları içində ermənilərlə daha çox iş birliyində olan partiya başqanıdır.
Müsavat başqanı "cəbhə" sədri Ə.Kərimi ilə razılaşdırdığı, lakin sonradan həmin razılaşmanı pozduğu "birlik" məsələsində də ona məhz erməni siyasi dairələri təlimatlar vermişdi. Belə ki, "superpartiyanın" (AXCP-Müsavat) birliyinin yaranmasında marağı olan Ə.Kərimliyə qarşı çıxan İ.Qəmbər sonradan öz namizədliyini irəli sürdü və nəticədə ermənilərə işlədiyini bir daha ortaya qoydu.
Müsavat başqanı Rusiyadan əlidolu qayıdacaq və burada ermənilərin missioneri kimi fəaliyyətini davam etdirəcək
Başqa tərəfdən, Müsavat başqanı Gürcüstana da bir neçə dəfə səfərlər edərək, guya qurultay keçirmək adı altında (hansı ki, Müsavatın qurultayı bu gün də baş tutmayıb) qonşu respublikadakı erməni siyasi dairələri, həm də Ermənistandan oraya getmiş siyasilərlə gizli görüşlər keçirdi. Buradan isə bəlli oldu ki, Müsavat başqanı hazırda ermənilərlə daha sıx təmaslar quraraq, öz şəxsi siyasi mənfəətlərini yürütməyə hazırlaşır.
Onun Rusiyaya edəcəyi səfər də yuxarıda qeyd edilən məsələlərdən heç də fərqlənmir. Ona görə də belə qənaətə gəlmək mümkündür ki, Müsavat başqanı Rusiyadan əlidolu qayıdacaq və burada ermənilərin missioneri kimi fəaliyyətini davam etdirəcək. Ancaq həqiqət budur ki, belə satqın və xəyanətkar siyasət heç vaxt qələbə ilə sona çatmayıb. Çünki bir tərəfdən də unutmamalıyıq ki, hazırda Müsavat başqanı düşərgənin özündə də təklənib.
R.Hüseynova