Və ya siyasətimizi zorlayanlar
Müxalifət bunu başa düşməsə də, başı olanlar başa düşür ki, "Milli Şura" anlamı yüngül anlam deyil. Bu sözün məsuliyyətini dərk eləmək üçün ən azı insanda milli qeyrət olmalıdır. Milli Şuranın yaradılması o vaxt labüd olur ki, ya dövlətçilik təhlükədə olur, ya da Milli şura vasitəsilə dövlətini yaradırsan. Yəqin məsələnin mahiyyəti aydın oldu.
1918-ci ildə Azərbaycan ziyalıları Milli Şura yaratmışdılar. Amma o Milli Şura müxalifətin indi yaratdığı bu "Milli şura"dan deyildi. Şəxsiyyətindən, ziyalılığından tutmuş xidmətlərinə qədər XX əsrin əvvəllərindəki ziyalılarımız təpədən-dırnağa qədər addımlarında haqlı idilər. Dövlətimiz yox idi, dövlətimizi qurdular.
Ancaq üzlərinə işıq tutub ziyalı görünmək istəyən ziyasızların "milli" don adı altında özünü çılpaq vəziyyətə qoymasının da başqa adı yoxdur. Necə ki, İsasından, Əlisindən, Rüstəmindən mədəd ummaq kişi xeylağından uşaq doğmağı tələb etmək kimi bir şeydir.
Eldar NAMAZOVUN "tikdiyi" məsciddə isə NAMAZ qılmaq olmaz. Çünki ya səni xəyanət çəkəcək, ya da sən xəyanəti çəkəcəksən. Axı dövlətimiz var, dövlətçiliyimiz də təhlükədə deyil. Bəs nəyə hesablanıb saxta "Milli şura" oyunu!? Xalq hamilə olmadıqca ondan inqilab ummaq, zehniyyətimizdən qürurumuzu itirmədən "Milli Şura" tələb etmək nadanlığın mərtəbəsiz göstərəcisidir.
Ancaq baxın, müxalifət dəfələrlə belə qurumlar yaradıb, amma hamilə deyildi, ortada heç bir zərurət olmadan. Hər 2-3 aydan bir müxalifətin yaratdığı "təşkilat, federasiya, koordinasiya, şura və s." bu kimi "başından yekə qələt eləmə..." oyunları insanda təkcə ikrah hissi doğurmur. Adamın müxalifətin AĞÇAQQALLARINA yazığı da gəlir. Anadan olandan müxalifətdə olasan, ancaq hələ də "haqlı" olduğunu deyəsən, bax, bu biabırçılıqdır. "Milli şura" oyunu da başdansovdu hərəkətlərdən biridir. Necə ki, müxalifətin yazıçısı ədəbiyyatımızı zorlayır, siyasətçiləri də siyasətimizi zorlamaqla məşğuldurlar. Bir gün onların "qələm"lərini fırladıb başqa yerə dürtənlər də olacaq, çünki heç kim heç nədən əbədi həzz almır.
Gözləyək, mayın 28-ni. Müxalifət "Milli şura"sını elan edəcək, elə sonradan palatka toyuna çevrilən "İctimai Palata"sı kimi. Yəni may-iyun ayları müxalifətin planı bunu eləməkdir, iyul-avqust aylarında isə başqa qurum yaradacaqlar. Buna inanmaq lazımdır, inanmayan da cəhənnəmə inansın. Bir həftə bundan əvvəl cəbhəçi zəng vurub mənə deyir ki, "mən sizin yazdıqlarınıza inanmıram." Ona da "cəhənnəmə inan" demişdim. Onu da bilirəm ki, elə onlardan başqa hər kəs həqiqətə inanır.
Sadəcə, bir yeni xəbər vermək də pis olmaz. Allah qoymasa, gələn ay ADP, ALP, ACP də yeni qurum yaradacaq. R. İbrahimbəyova isə vəhydə nə gəlsə milli ola bilməyəcək, nə də İsanın şuluğundan qurtula bilməyəcək.
Ancaq yaşadığın 70 ilin 69 ilini kayf eləyib, 70 gününü də siyasətə qatıb hoqqabazlıq eləyəndə, sənə hərə bir "ad" qoyur.
Samir