Tahir Kərimli: "Müxalifətin aksiyalar keçirtməklə diqqəti özünə cəlb etməyə çalışması iflasa uğrayacaq"
Müxalifət yenidən aksiyalar keçirtməklə diqqəti özünə cəlb etməyə planlaşdırır. Xüsusilə də AXCP və Müsavatın bu məsələdə fəallığı müşahidə edilir. İyunun 1-də İsa Qəmbər və Əli Kərimlinin təlimatı əsasında gənclər yenidən aksiya keçirtməyi nəzərdə tutur. Təbii ki, gənclərdən öz siyasi məqsədləri üçün istifadə etmələri iddialı partiya sədrinə başucalığı gətirməz?
Vəhdət partiyasının sədri Tahir Kərimli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, müxalifət düşərgəsini təmsil edən qüvvələrin iyunun 1-də keçirməyi planlaşdırdığı aksıyanın baş tutacağı inandırıcı deyil: "Müxalifətin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Artıq bir neçə aydır ki, müxalifət "Milli Şura"nın yaranmasını elan olunması ilə bağlı populist fikirlər səsləndirirdilər. Amma bu da baş tutmadı. Bir sözlə, müxalif liderlərin öz varlıqlarını nümayiş etdirmək üçün bu cür əməllərə əl atırlar. Yəni, gənclərdən öz siyasi məqsədləri üçün istifadə edirlər. Onlar düşünürlər ki, gəncləri öz çirkin məqsədlərinin icraçılarına çevirmək istəkləri daha asan olar. Çünki gənclər müxalifət liderlərini daha dərindən tanımır. Yəni, keçmişinə bələd və gördüyü işlərlə tanış deyil. Amma gənclər onların kim olduğlarını bilən kimi onlardan tamamilə imtina edərək ayrılırlar. Gənclərin iyunun 1-də Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimlinin təlimatı əsasında aksiya keçirtməyi planlaşdırması iflasa uğrayacaq".
"Ümumi müxalifət partiyalarını AXCP və Müsavatın planlaşdırdığı aksiyaya dəstək verməsi nə dərəcə də inandırıcı görünür" sualını cavablandıran partiya sədri bildirdi ki, heç bir aktiv kütlə AXCP və Müsavatın kütləvi şəkildə müdafiə etmək fikirində deyillər: "Dağıdıcı müxalifətin hər hansı bir işinə ancaq müxalifət daxilində olan şəxslər dəstək verə bilər. Bu da müxalifəti dəstəkləmək sayılmır. Bütün bunları nəzərə alaraq demək olar ki, AXCP və Müsavatın iyunun 1-nə planlaşdırdığı aksiyanın baş tutacağı inandırıcı görünmür".
"Müxalifət Rüstəm İbrahimbəyovu özünə xac atası seçib"
"Bu aksiyaların arxasında Azərbaycanda ictimai-siyasi vəziyyətin gərginləşməsində maraqlı olan xarici qüvvələrin maddi və mənəvi dəstəyi olduğunu söyləmək olarmı" sualına T.Kərimli cavab olaraq bildirdi ki, düzdür əvvələrin müxalifət qüvvələrinin Qərbdən daha çox dəstəyi var idi. Amma son vaxtlar Qərb bir qədər müxalifəti dəstəkləməkdə zəifləyib. Demək olar ki, Qərb başa düşür ki, müxalifət düşərgəsini təmsil edən qüvvələr Azərbaycan cəmiyyəti tərəfindən siyasi dəstəyi yoxdur ki, onların verdiyi tapşırıqları istədikləri kimi yerinə yetirə bilsin.Yəni, xaricdə olan qüvvələr müxalifətin zəif olduğunu başa düşdüyündən onlardan imtina ediblər.
Partiya sədri onu da bildirdi ki, əlbəttə ki, müxalifət qüvvələri xaricdən stimullaşdırılır və həvəsləndirilir: "Müxalifətin xaricdən hər hansı dəstəyinin olmasını demək çətindir. Amma müxalifətin bu cür əməlləri Azərbaycan qanunlarına zidd bir hərəkətdir. Demək olar ki, müxalifət Rüstəm İbrahimbəyovu özünə xac atası seçib. Hər kəsə də açıq şəkildə məlumdur ki, R.İbrahimbəyovu da Rusiyada yaranan "Millyarderlər İttifaqı"nın üzvüdür. Belə olan təqdirdə, nə üçün heç müxalifətdə olmayan bir şəsx "Milli Şura"nın sədri olmaq üçün məhz R.İbrahimbəyova müraciət edirlər? Deməli, müxalifət qüvvələri "Millyarderlər İttifaqı"ndan kömək umurlar. Bu istiqamətdə də özlərini göstərmək istəyirlər. Bu isə Azərbaycan qanunlarına ziddir".
GÜLYANƏ