PDF Oxu

Müxalifət

  • 5

"Milli Şura" boykot olunur

"Milli Şura" boykot olunur

Yaranmamış dağılan qurumda nüfuz savaşı aparılır

"EL" hərəkatının rəhbəri yaranması hələ də müəmmalı görünən "Milli Şura"-nın bəyannaməsinin elan ediləcəyini iddia etsə də, görünən budur ki, qurumun uğursuzluğu ideyası irəli sürülən ilk gündən özünü göstərib. Elə əvvəlcədən tərəflər özləri də həmin iddialarının gerçəkləşməyəcəyini güman edirlər. Adıçəkilən qurumda guya ölkə gəncliyinin böyük kəsiminin (?!-R.R.) təmsil olunacağı barədə bəyanatlar verilsə də, görünən budur ki, orada Əli Kərimlinin nəzarətində olan AXCP gənclər təşkilatının bir neçə üzvü, eyni zamanda, Müsavat başqanı İsa Qəmbərin nəzarətində olan "NİDA" hərəkatının təmsliçiləri ola bilərlər. Maraqlıdır ki, bir neçə nəfəri "ölkə gənclərinin böyük kəsimi" kimi cəmiyyətə sırıyanlar özləri-özlərini belə, aldatmaqdan çəkinmirlər. Belə ki, hətta müxalif meyilli gənclər də "Milli Şura"nı xəyanətkar qurum kimi gördüklərini bildirərək, ümumiyyətlə, həmin ideyadanı dəstəkləməkdən imtina ediblər.

Bəxtiyar Hacıyev: "Şəxsən mən, "Milli Şura"da təmsil olunmağı xəyanət kimi dəyərləndirirəm"

Məsələn, Bəxtiyar Hacıyev və onun təmsil olunduğu "Müsbət Dəyişiklik Hərəkatı"ı bəyan edib ki, hətta "Milli Şura" elan olunsa belə, onlardan heç biri qurumda təmsil olunmayacaq. B.Hacıyev səbəb kimi, ümumiyyətlə, qurumun uğurlu fəaliyyətinə əmin olmadığını göstərib: "Bir halda ki, orada müxtəlif mövqeli və fəaliyyət istiqamətləri bəlli olmayan tərəflər varsa, bizim oradakı təmsilçiliyimizə ehtiyac qalmır. Şəxsən mən, "Milli Şura"da təmsil olunmağı xəyanət kimi dəyərləndirirəm".

Lakin "Milli Şura"da daları olan tərəflər də bir-birləri ilə qızğın münaqişələrdə və qarşıdurmalardadırlar. Məsələn, konkret olaraq, VHP, KXCP, ALP və ACP "Milli Şura"da daha çox şəxslə təmsil olunmaq tələbi irəli sürüblər. Əks halda onlar bu oyuna girməyəcəklərini iddia ediblər. Daha dəqiq desək, bu barədə təşəbbüsçülər arasında yaranan narazılıq "Milli Şura"nın bəyannaməsinin elan olunmasını ləngidir. Əldə etdiyimiz məlumata görə, adıçəkilən müxalifət partiyalarının təmsilçiləri bir müddət öncə yaranan (daha dəqiq desək, sifariş əsasında təsis olunan) "EL" hərəkatına bu qədər çox təmsilçilik hüququnun verilməsindən narazıdırlar və buna görə də, özlərinə də daha çox təmsilçilik hüququnun verilməsini tələb edirlər. Çünki həmin tələb icra olunmasa, "Milli Şura" ideyası da qısa müddətdə inhisarçı quruma çevrilərək, "İctimai Palata"nın aqibətini yaşaya bilər.

Onların tələblərini qulaqardına vuran E.Namazov-R.İbrahimbəyov-Ə.Kərimli-İ.Qəmbər kvartetinin əsas məqsədi siyahını maksimum azaltmaq və deyildiyi kimi 50 nəfərə endirməkdir. Digər məlumatda isə bildirilir ki, əgər "Milli Şura" ideyası reallaşsa, onda həmin 50 nəfərin də sayı minimuma endirilərək, qurumu monopoliyaya çevirəcək. Bu baxımdan, həmin plandan xəbərdar olan tərəflər axır məqamda "Milli Şura"nı boykot yolunu tutacaqlar.

Rövşən RƏSULOV

Digər xəbərlər