PDF Oxu

Müxalifət

  • 14

Dələduzlar 1 iyunda aksiya planlaşdırırlar

Dələduzlar 1 iyunda aksiya planlaşdırırlar

Anar Xəlilov: "Onlar xaricdə arxalandıqları və maliyyə yardımı aldıqları qurumlar qarşısında hesabat verirlər"

İyunun 1-də aksiya keçirməyi planlaşdıran və adını gənclərin aksiyası qoyub, öz çirkin niyyətlərini gənclərin adı ilə reallaşdırmağa çalışan AXCP və Müsavat yenə də öz mənəvi süqutlarını, sosial bazalarının məhvini nümayiş etdirməklə məşğuldurlar. Onlar bəd əməlləri naminə çox çirkin oyunlara əl atıblar və bundan sonra da bu işlərlə məşğul olmağa hazırdırlar. Lakin Azərbaycan cəmiyyətinin bütün təbəqələri olduğu kimi gənclərimizin də mütləq əksəriyyəti onları dəstəkləmir.

Dağıdıcı müxalifətin gəncləri öz oyunlarına alət edərək onları aksiyalara sövq etməsinə münasibət bildirən müsahiblərimiz AXCP və Müsavatın təsiri altında olan bir qrup gəncin aksiya keçirməyi nəzərdə tutmalarını qeyri-real hesab edirlər.

Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri

Anar Xəlilov:

- AXCP və Müsavat gənclərinin 1 iyunda planlaşdırdığı aksiya liderlərin gündəmdə qalmasına xidmətdən başqa bir şey deyildir. Orada həmin partiyada olan insanların övladları ilə birlikdə 5-10 nəfər iştirak edəcək. Bu da Azərbaycan gəncliyi demək deyil. Belə deyək ki, bir qrup siyasi ambisiyalı insanlardır. Sadəcə, onlar xaricdə arxalandığı və maliyyə aldıqları qurumlar qarşısında hesabat verirlər ki biz fəaliyyədəyik. Həm də həmin aksiyalar zamanı polis onlara yaxınlaşıb asayişi qorumağı tövsiyyə etdikdə, müqavimət göstərir təhqir edir, bu zaman polislərin onları sakitləşdirmək istədiyi anı foto şəkillərə aldırır və aləmə car çəkirlər ki, qoymayın bizi döydülər. Biz dəfələrlə şahidi olmuşuq ki, bu aksiyaları onlar özlərinin kiçik qrupları ilə keçirməklə öz şəxsi mənafelərinə xidmət edirlər. Azərbaycan gəncliyi birmənalı olaraq bu aksiyaları dəstəkləmir, hətta mən deyərdim ki, böyük sayda gəncliyimiz artıq bu insanların fəaliyyəti ilə maraqlanmırlar da. Azərbaycan gəncliyi öz Prezidentinin yanındadır. Bunun son dövrlər keçirilən böyük gənclər tədbirlərində də qəbul edilən bəyanatlarda biz şahidi oluruq. Bu yaxınlarda mən Ukraynanın Odessa şəhərində Ukraynada və Şərqi Avropa ölkələrində təhsil alan 500 gəncin toplandığı forumda qonaq kimi iştirak etdim və forum üzvlərinin yekdil səs çoxluğu ilə gənclərimiz Cənab Prezident İlham Əliyevin apardığı siyasəti dəstəklədiyini vurğuladılar. Gənclik inkişafın, stabilliyin, güclü Azərbaycanın tərəfindədir. Bunu isə öz əməli ilə Cənab Prezident həyata keçirir. Mən sadəcə təsir altına düşən gənclərimizə deyərdim ki, nə qədər gec deyil, ayılsınlar və dövlətin qəbul etdiyi gənclər proqram və qanunlarından öz gələcəkləri üçün yararlansınlar. Hər bir gənc bu gün Azərbaycanda öz gələcəyini ağılı və savadı ilə qura bilər. Bizim ölkəmizdə buna tam şərait vardır. Bu şəraiti Ümummilli Lider Heydər Əliyev yaradıb və bu gün də Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir.

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyasi Təşkilatının sədri,

Gülsel Səfərova :

Keçirilməsi nəzərdə tutulan mitinqi AXCP və Müsavatın gənclərdən istifadə edərək keçirmək niyyətində olduğu aksiya kimi qiymətləndirmək olar. Onlar hər zaman olduğu kimi yenə də bəzi gənclərdən istifadə etmək fikrinə düşüblər. AXCP və Müsavat öz şəxsi maraqlarını hər şeydən üstün tuturlar. Onların bütün məsələlərə antimilli mövqedən yanaşmaları cəmiyyət tərəfindən nifrətlə qarşılanır. Bir qrup düşünmə qabiliyyəti olmayan gənclər də var ki, onların oyunlarına alət olublar. Bəzi bu tip gənclər qeyri-etik davranışı, iftira atmağı, təhqir etməyi sanki özlərinə peşə seçiblər. Bu, sosial şəbəkələrdə gedən bəzi diskussiyalarda da özünü açıq şəkildə göstərir. Əsassız ittihamlarla çıxış etmək, ayrı-ayrı şəxslərin ünvanına nalayiq ifadələr işlətmək, bunlar üçün adi hala çevrilib. Müxalifət çox yaxşı bilir ki, onların keçirdiyi aksiyalara xalq tərəfindən heç bir dəstək yoxdu. Hər zaman göstərdikləri siyasi şounu bu gün də göstərməklə məşğul olurlar. Bilməlidirlər ki, heç vaxt cəmiyyət, ictimaiyyət onların aksiyalarına dəstək verməyəcək.

Qeyd edim ki, Azərbaycan gənclərinin mütləq əksəriyyəti bu aksiyaları dəstəkləmir və belə aksiyalarda iştirak edən gənclərin səhv yoldan dönmələrini məsləhət görürlər. Azərbaycan gəncləri Cənab Prezident İlham Əliyevi dəstəkləyir və Prezidentimizin ətrafında sıx birləşmişik. Gəncliyimiz Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləyir.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri,

Şahin İsmayılov :

Özlərini müxalifət düşərgəsinin aparıcı qüvvələri kimi ictimai fikrə sırımağa çalışan AXCP sədri Ə.Kərimlinin və Müsavat başqanı İsa Qəmbərin narahatlığına işıq salmaqla yanaşı, onların iddialarının sosial dayaqları ilə tərs müntənasiblik təşkil etdiyini, bu səbəbdən də hər dəfə seçkilərdən yayınmaq üçün yollar axtarışında olduqlarını bir daha nümayiş etdirir. Siyasi kampaniyaların ölkəmiz üçün nə qədər əhəmiyyət kəsb etdiyinin fərqində olan bu "lider"lər dərhal əks təbliğatlarının sürətini artıraraq Azərbaycanın demokratik ölkə imicinə zərbə vurmaq uğrunda yarışa girişirlər. Bu yolda onlar bəzi səhv yolda olan gənclərdən də istifadə edirlər. Yenə də növbəti dəfə müxalifət nümayəndələri ya öz qohum-əqrəbalarından, ya da partiyalarının çox az sayda olan gənc üzvlərindən istifadə etməklə şou göstərməyə çalışacaqlar. Təbii ki, hər zaman olduğu kimi, bu dəfə də heç nəyə nail ola bilməyəcəklər. Çünki onlar gənclərdən özlərinin çirkin niyyətləri naminə istifadə edirlər. Bu isə yolverilməzdir. Biz bunun qəti əleyhinəyik. Dağıdıcı müxalifətin təsiri altında olan gənclər də bilməlidirlər ki, çirkin bir oyunun qurbanına çevriliblər.

Birmənalı mövqe ondan ibarətdir ki, ölkə gənclərinin mütləq əksəriyyəti Cənab Prezident İlham Əliyevi dəstəkləyir. Gənclərimiz doğru yol seçiblər və müxalifətin səhv yolunun qurbanına çevrilməyəcəklər.

Cahid Süleymanov

Digər xəbərlər