PDF Oxu

Müxalifət

  • 27

Gültəkin Hacıbəylinin kriminal əlaqələri üzə çıxdı

Gültəkin Hacıbəylinin kriminal əlaqələri üzə çıxdı

"Milli Şura" təmsilçisi süni ajiotaj yaratmaqdan ötrü Rüstəm İbrahimbəyovdan təlimatlar alıb

"Ziyalılar Forumu"nda, "EL" hərəkatında, və "Milli Şura"da təmsil olunan Gültəkin Hacıbəyli haqqında yeni şok faktlar üzə çıxmaqdadır. Xatırladaq ki, bir müddət öncə onun keçmiş həyat yoldaşı reneqat "xanımın" müəyyən fırıldaqlarını keçirdiyi mətbuat konfransında ifşa etmişdi. Lakin bu arada G.Hacıbəylinin daha bir qaranlıq əməlinin üstü açılmaq üzrədir. Belə ki, əldə etdiyimiz məlumata görə, G.Hacıbəyli vaxtilə deputat seçildiyi Goranboyda kriminal əməllərlə məşğul olub. Qanusuz torpaq alveri ilə məşğlul olan sabiq deputat yaxınlıq etdiyi kriminal dairələrlə iş birliyi yaradaraq, şəxsi məqsədlərini reallaşdırmağa cəhd edir. Lakin görünür, G.Hacıbəyli Azərbaycanın ona məxsus olan dairələrlə deyil, qanunlarla idarə edildiyini unudub.

Sabiq deputat seçkilər ərəfəsində Goranboy rayonu ərazisində süni ajiotajlar yaratmalıdır

Əldə etdiyimiz məlumata görə, "Milli Şura"da təmsil olunan Hacıbəyli Rüstəm İbrahimbəyov tərəfindən ona verilmiş təlimatlara əsasən, seçkilər ərəfəsində Goranboy rayonu ərazisində süni ajiotajlar yaratmalıdır. Bununla da vəziyyətin öz xeyrinə dəyişəcəyini düşünən sabiq deputatın kriminal dairələrlə gizli məsləhətləşmələr aparılması ətrafında da xəbərlər dolaşmaqdadır. Onu da qeyd edək ki, G.Hacıbəyli yaxın zamanlarda Rusiyaya səfər edəcək və "Milyarderlər İttifaqı" ilə qapalı görüşlər keçirəcək. Bu amil isə onun heç də doğru yolda olmadığını təsdiq etməklə yanaşı, həbsxanaya doğru nə qədər tələsdiyini də kifayət qədər sərgiləmiş olur. Çünki ortada kriminal faktoru mövcuddursa, demək, bu faktora qarşı sərt sözünü deyən qanun amili də mövcuddur. G.Hacıbəyli isə bu gerçəkliyi unutmamalıdır.

MÜBARİZ

Digər xəbərlər