"Milli Şuranın bir çox istəkləri ola bilər, lakin hər şey onların sözü ilə baş tutmur. Azərbaycanda elə bir hüquqi mexanizm yoxdur ki, parlamentin buraxılması mümkün olsun. Bunun üçün gərək millət vəkillərinin bir çoxu mandatlarından imtina etsinlər. Elə bu səbəbdən hər hansı çağırışı hökm kimi qəbul etmək düzgün deyil". Bunu SİA-ya açıqlamasında millət vəkili Rasim Musabəyov qurumun vahid namizədlə bağlı açıqladığı memorandumun şərtlərinə münasibət bildirərkən deyib.
Milli Şuranın vahid namizəd məsələsinə də münasibət bildirən millət vəkili: "Kimi istəyirlər, onu da namizəd kimi irəli sürsünlər. Heç bir siyasi mövqe "quran ayəsi" kimi qəbul olunmur", deyə fikirlərinə əlavə edib.
Qeyd edək ki, "Milli Şura"nın memorandumunda 2014-cü ildə parlamenti buraxmaq nəzərdə tutulub.
sia.az