Heç kimə sirr deyil və heç kimin yaddaşından 1998-ci ildəki siyasi proseslər silinməyib. Hələ o vaxt keçirilən prezident seçkilərində müxalifətin 88 namizədi, hər partiyanın 122 səhifəlik yapalaq platforması, kəlləsi mayaq bəyanatları var idi. Bu günə qədər də qırıla-qırıla artmaqda davam eləyirlər.
Necə deyərlər, "kişinin 8 eşşəyi olsun, ancaq birinin qeyrəti olub, odun daşımasın." Mən isə, belə deməzdim, bu eşşək o eşşəkdən, bu yük o odundan deyil axı. Həm o eşşək dərəyə dımırlanıb sağ çıxsa, bir də lap onun tükünü də qırxsan o dərənin həndəvərindən ötüb keçməz. Ancaq söhbət başqadır.
Çox maraqlıdır. 1998-ci ildə İsa Qəmbər də, Əbülfəz Elçibəy də prezident seçkisində namizəd idi. Özlərini həlak eləsələr də İ.Qəmbər Elçibəyin xeyrinə namizədliyini geri götürmədi. İndi isə, siyasətdə asfaltın üstündə toz qədər iz qoymayan R.İbrahimbəyovu dəstəkləyib, onun xeyrinə namizədliyini geri götürəcəyini deyir.
"Milli Şura"ya R.İbrahimbəyovun sədr seçilməsində İ.Qəmbərin xüsusi canfəşanlığı da gözdən qaçmadı. Ancaq məsələnin digər məğzi ondan ibarətdir ki, İ.Qəmbər taktika işlətdiyini zənn eləyir. O, arxayın oturub ki, R.İbrahimbəyovun namizədliyi qeydiyyata alınmayacaq, bu isə onun xeyrinə işləyəcək. Qısası, Elçibəyi dəstəkləməyən Müsavat başqanı İbrahimbəyovdan ötrü balaqlarını çırmalayıb.
2003-cü ildə Əli Kərimliyə qarşı mərhəmətli olan İ.Qəmbər 3 ildir ki, AXCP-ni acından öldürür. Ə. Kərimlinin xaricdən qonorar almasına əməlli-başlı mane olur. Əcəba, nələr dəyişdi bu illərdə!? Və ya Lalə Şövkət Hacıyevaya "müxalifətin maması" deyən Ə.Kərimli indi nədən R.İbrahimbəyova "papa" deyir!? Axı, bu həmin Əlidir ki, ( adı qənim olmuş) "Rüstəm İbrahimbəyov başını lentlərlə girələsin" deyirdi. Düz 3 ay əvvəl belə deyirdi, bəs nələr dəyişdi!?
ACP sədrullahi, özünü əzəmi-kəşfiyyati-heybəti-yekta zənn edən Sülhəddin Əkbərə nələr oldu!? Soyuq yaman əsdi, dədə-babası Rusiyanın mehindən həzz alanlar nəyə görə səfehliyi "şimal ümidi" kimi qəbul edir!? Və ya dünyaya hay-şüvən salıb kimin yaxasından olsa da yapışıb özünü məmur eləmək istəyənlərdən nə ala bilərik ki. S.Cəlaloğlusundan tutmuş cəlalı sərdar olanlara qədər hamısının gözü, qulağı xaricdədir, onun-bunun ora-burasındadır.
Rəsul Quliyevin 20 ildir ki, "neft maqnatları"na arxayınçılığı, özündən müştəbeh liderçəliyi olmazın qərarlarına sahib edib onu. Ancaq bu sahiblik onu "Milli Şura"dan da ayrı saldı. Əslində, bütün bunlar adi hallardır. Çünki hər dəfə seçki yaxınlaşdıqca ölkəmizdə müxtəlif təxribatçı qrupların əli ilə min cür oyundan çıxırlar.
Adama heç nə yox, İbrahim İbrahimlinin özünü dəfçi yerinə qoyması təsir eləyir. Səhər saat 11-də Müsavatın qərargahına yığışan 5-10 nəfər müsavatçı onun rəhbərliyi altında atışıb gedirlər Nərimanov parkında çay içməyə. Təxminən bir həftə əvvəl istəmədən onun dediklərinə qulaq şahidi oldum. Deyir ki, atama lənət olsun, əgər mən imkan versəm ki, Rüstəm namizəd olsun." Məhəmməd Talıblının da özündən razı görünüşü ona dəstək verməkdən başqa bir şeyə yaramır.
Hər kəs əmin olsun ki, indidən belə görsənməyinə baxmayın, seçki yaxınlaşanda təkcə Müsavat və AXCP-dən 20 namizəd çıxacaq, yenə qıracaqlar bir-birilərini. Rüstəm İbrahimbəyovun başı isə Rusiyada elədiyi iqtisadi cinayətlərin istintaqına qarışacaq.
3 il bundan əvvəl "Azadlıq" radiosuna verdiyi müsahibədə dövlət başçısını özü ilə müsqayiə eləməyin gülünc bir şey oldğunu deyən, prezidentlə müsqayisədə özünü körpə adlandıran bu adama nə oldu ki, birdən-birə boy atıb boylamağa başladı.
Hər halda onun dünən ki çıxışı da kifayət qədər ikrah doğurur. Erməniləri normal təfəkkürlü məxluq kimi təqdim edən, Qarabağda onların haqqının böyük olduğunu deyən bu adamı susdurmağın vaxtı heç də gec deyil. Necə ki, milli satqınlar deyilən birilərinin həm də zərərsizləşdirilməsi, onlara layiq olduğu qiymətin verilməsi kimi bir münasibət olmalıdır.
Əl çalın, əl çalın ki, hər kəs oynaya bilsin. Məsələn, Rəsul Quliyev Avropada porno filmlərin çəkilməsinə pul ayıran adamlardan biridir. R. İbrahimbəyov da kinorejissor. Xahiş edirik, özünüzü çox əziyyətə salmayın. Pulunuz, rejissorunuz var, aktyorlarınız da elə- İsası, Əlisi, Vəlisi, Xədicəsi, Kəmaləsi və sairə. Daha siyasi film çəkmək fikrindən daşının, çünki bu filmlərin qəhrəmanları qrimlənib səhnəyə çıxmır.
Samir