PDF Oxu

Müxalifət

  • 15

"Millifason Şuranın" sekretləri...

"Millifason Şuranın" sekretləri...

Bu gün "millifason şura"nın guya qapalı iclası keçirlib. İclasda elə adamlar iştirak edib ki, o iclasdan qapalılıqdan başqa hər şey gözləmək olar. Məsələn, vaxtilə xüsusi xidmət orqanlarından ağzında söz saxlamadığına görə qovulan şəxslər, 20 ildir eyni pencəyi geyinib özündən dilənçi obrazı yaradan adamlar, çayxananı BMT masasına çevirib ağznın suyunu süzdürən liderçələr və sairə.

Cəhənnəm olsun, yenə bir ciddi sənəddən-zaddan qəbul eləsələr dərd yarı. 3 nəfər oturur başda, 15-20 nəfər də cütü 1 manat 50 qəpiklik stulda şöngüyür. Başlayırlar əndrabadi qur-quruşa. Axırda da sənəd qəbul edirlər ki, "biz hakimiyyətə gələcəyik, az qalıb." A başınıza dönüm, belə də sənəd olar!?

Dostum müxalifətçidir, atası da müxalifətçidir, babası da müxalifətçi olub. Mən inanıram və buna əminəm ki, dostumun oğlu da müxalifətçi olacaq. Bu onların alın yazısıdır, əstəğfürullah, bu, o demək deyil ha, dostum həm də demokratikdir, azadlıq vurğunudur və daha nələr. Sadəcə, ağa qara demək, xiyara balqabaq demək onun ata-babasından qalan adət-ənənədir. Bütün peyğəmbərləri də onun başına toplasan o düzəlməz, təzə bir Quran da ona nazil etsən xeyiri olmayacaq.

Mətləbdən qaçmayaq. "Millifason şura"nın iclası qurtaran kimi hamısı qaçdılar çayxanaya. Zalım uşaqlarının hamısının göbəyi elə bil 1 manatlıq çayxanalara atılıb.

Bütün bunlar bir yana qalsın, mən hələ də müəyyənləşdirə bilmirəm ki, ALP-nin sədri kimdir, Lalə Şövkət yoxsa, Əvəz Temirxan!? Hərəsi bir ay sədr olur. Amma "millifason şura"nın tədbirlərində Ə.Temirxanın hər dəfə əlini ürəyinin üstünə qoyub himnimizi dinləməsi adama ləzzət edir, ancaq bir əmması var. Hamı düz baxır deyə onu da gözü sağa zillənir, nədənsə hər dəfə də sağ yuxarı stulda E. Namazov əyləşir.

Sandığın açılıb pampığın töküldüyü iclasda hansı qapalı və gizli ideyalardan danışmaq olar!? Məsələn, Gözəl Bayramlı göy kofta geyinib əvvəlcə ucadan danışdı, sonra iclasa göz gəzdirib stulunu bir balaca sola döndərdi ki, sağı görməsin.

Yeri gəlmişkən, müxalifətin qapalı və gizli iclasından bir-iki fakt deyim. İclas ərəfəsində S.Əkbərə 3 dəfə zəng gəlib, M.Mirəlioğlu 1 dəfə bayıra çıxıb qayıdıb, Gözəl Bayramlı 10 saniyəlik telefonla danışıb, Ə.Temirxan dəqiqəbaşı Əli Kərimlinin qulağına pıçıldayırdı. Budurmu sizin qapalı iclasınız!?

Allah sizləri güldürsün...

Samir

Digər xəbərlər