PDF Oxu

Müxalifət

  • 30

Pənahsız Hüseynin ümid ağacı

Pənahsız Hüseynin ümid ağacı

Hələ bir neçə il bundan öncə müxalifətin özü Pənah Hüseynin şəxsiyyətini müxtəlif ştrixlərlə cızırdı. Amma öz aramızdı, dəqiq də cızırdılar. Mirzə Sakitin onun haqqında yazdığı "Qarpız" şeiri də kimsənin yadından çıxmayıb.

Deməli, düz 20 ildir ki, Pənah Hüseyn hər şey oldu. Baş nazir oldu, çamadan daşıdı, deputat oldu, cəbhəçi oldu, müsavatçı oldu, partiya sədri oldu, ənənəsinə uyğun liderçə oldu, yenə də oldu, oldu... Görün dünyanın harasıdır ki, bu yaxınlarda Hafiz Hacıyev deyib ki, "Pənahın sifəti məndə olsaydı, dərdim olmazdı."

Bu adam bərkdən, pafosla danışmaq üçün yaranıb. Bir neçə il bundan əvvəl ANS-də "Meydan" verilişi var idi. P. Hüseyn bir ayda 44 dəfə həmin verilişin qonağı olurdu, ağlına nə gəlirdisə püskürürdü, hər kəs də onu başa düşürdü. Çünki nə danışdığını bilməyən adama qəzəblənmək doğru olmazdı. Ya da vaxtaşırı "Yeni Müsavat"ın səhifələrinə dəli kimi deputatları duelə çağırması da sərin kəmliyindən xəbər verir. Mənə kim nə deyir desin, bu adam hələ də elə bilir ki, XX əsrin 90-cı illəridir, yenə də əti, çörəyi talonla alır, sovetlər birliyidir və Pənahın özü də institutda oxuyur.

Komputerdə İnternet Exspoler, Operaya daxil olmaq əvəzinə Dilmanca girib www.musavat.com yazan bu adam 2 gün əvvəl internet azadlığından da danışırdı.

Olmuş bir əhvalat danışım. Deməli, bir gün kimsə P. Hüseynə deyir ki, "sənə yazı göndərəcəm, mənə e-mayl ünvaını deyə bilərsənmi?" Başına döndüyüm Pənah da qayıdıb deyir ki, "penah_huseyn sabaka.mayıl.ruuu, parolumda filan-filan" Bu adama başa salan olmayıb ki, səndən e-mail ünvanın istəyəndə parolunu da istəyən adama vermirsən.

Təxminən 1 həftə əvvəl Hüseyn Cavid Parkında şöngüyüb yenə ABŞ-ın MKİ-sini, İngiltərənin Mİ-6-sını səhv çıxaran Sülhəddin Əkbər keçmiş baş hazıra nazir P. Hüseynlə xeyli zarafatlaşıblar. Qurğuşun qulaqlara, deyirlər ki, ikisi də İsa Qəmbəryanı, Əli Kərimlini qınayıblar ki, gərək onlar Rüstəm İbrahimbəyova imkan verməsinlər, axı o kimdir ki, 2 ayın içəririsində bizi üstələsin.

Get, yolda dur, itə də daş atıb soruşsan ki, İ. Qəmbəryanın 2003-cü ildəki danışıq göyərçini kim olub, hamısı deyəcək ki, Pənah! Şəhərdə yenə də yaman söz-söhbətlər gəzir. O qədər "professional" işləyirsiz ki, heç öz qəlbinizin də sizdən xəbəri olmur.

Necə ola bilər ki, P.Hüseyn "Milli Şura"nı təqdir edir, bəyənir, ideyasının tərəfdarıdır, hər bir şura üzvü ilə də dostdur. Amma "Milli Şura"ya üzv olmur. İnanın, bu adamın başı xarabdır, elə hesab edir ki, taktika işlədir, daha anlamır ki, siyasi taktika Elçibəyə içki içirdib kimisə icra başçısı göndərmək demək deyil. P. Hüseynin belə işlərdə təcrübəsi böyükdür.

1992-ci ildə düz Elçibəyin otağında onu içirdib sərxoş edərək 4 rayona orta məktəbin fizika müəllimləri haqqında sərəncam imzalatdırıb icra başçısı göndərən Pənah Hüseyn deyilmi!? Pənah, sən vicdanına təpik vurub bunları unuda bilərsən, ancaq nə həmin fizika müəllimi bunu unudub, nə Elçibəyin otağındakı səs yazan "böcək", nə də ki, ruhuna xilaf çıxdığın Elçibəy!

Odur ki, məncə, daha gecdir, bir işdə çox olanda adamın başı xarab olur. Mənim yaşım qədər gördüyüm budur ki, səsindən qulaqlarımız kar olub. Xahiş edirik, təvəqqe edirik, ayaqlarına düşüb yalvarmırıqsa da, amma daha bəsdir...Heç olmasa "millifason şura" son məzarın olsun!

Samir

Digər xəbərlər