PDF Oxu

Müxalifət

  • 13

Mais Səfərli: “Suda boğulan saman çöpündən yapışar”

Mais Səfərli: “Suda boğulan saman çöpündən yapışar”

"Rüstəm İbrahimbəyov siyasətdə çabalayan bir adamdır". Bunu SİA-ya açıqlamasında "Yurddaş" Partiyasının sədri Mais Səfərli deyib.Partiya sədrinin sözlərinə görə, Rüstəm İbrahimbəyov əsas dəstəyi Rusiyadan alır: "O, özünü siyasətə zorla gətirib salıb. Siyasət bir dəryadır və başa düşmür ki, bu dəryadan çıxmaq var. Rüstəm İbrahimbəyov çox gözəl bilir ki, seçkilərdə qalib gələ bilməyəcək. O, "Oskar" mükafatı alsa da, indiyə qədər Azərbaycan üçün heç nə etməyib və Qarabağ məsələsi ilə bağlı mötəbər forumlarda hələ səsi çıxmayıb. Ona görə də səfərə çıxır ki, guya Avropa tərəfindən dəstək aldığını bildirsin. Axı suda boğulan saman çöpündən yapışar! Avropa bu gün Azərbaycanda stabilliyi dəstəkləyir. Çünki, Azərbaycan Avropanın ən mühüm tərəfdaşlarından biridir və bunu Avropa Birliyinə daxil olan ölkələrin rəhbərləri dəfələrlə vurğulayıblar. Bu gün bu stabilliyi öz zəhməti hesabına qoruyan Prezidentimiz var. Avropa Ulu Öndər Heydər Əliyev kursunu davam etdirən İlham Əliyevə inanır və Azərbaycanda stabilliyin pozulmasını qəti şəkildə istəmir. Enerjinin təhlükəsiz şəkildə Avropaya daşınması üçün bütün alternativ layihələr Azərbaycandan keçir. Ona görə də stabillik təkcə bizim üçün deyil, Avropa üçün də hava və su kimi lazımdır. Azərbaycanda bu stabilliyi qoruya biləcək yeganə şəxs İlham Əliyevdir".

sia.az

Digər xəbərlər