PDF Oxu

Müxalifət

  • 11

Başqa cür olmayacaq

Başqa cür olmayacaq

Allah qəni-qəni rəhmət eləsin. 90-cı illərin əvvəllərində Bayıl qəsəbəsində dayanacaqda hər gün Əlövsət adlı yaşlı bir qoca ilə rastlaşırdım. O, 80-90-cı illərdə Elçibəyin yanında olmuşdu, kişinin xidmətləri var. Qısası, müxalifətdəkiləri-"məmə deyənindən pəpə yeyən"inə qədər hamısını tanıyır.

Onun bir yaxşı söz var idi, deyirdi ki, "Azərbaycan müxalifəti Ermənistanın iqtidarı kimi danışır." Elə bu cümlənini də ardınca ənənəvi olaraq dediyi başqa bir fikri qulaq cingildədirdi: "İsa Qəmbərin varlığı bu millətə ləkədir".

Zaman keçir, illər ötür, İsa Qəmbər yoldaşlarından çoxbilmişdiyinə görə fərqlənir. Bütün müxalifətçilərə yeri gəlsə dubinka dəyir, amma İsa Qəmbərə dəymir. Bəzi müxalifətçilər özlərinin dili ilə desək, haqsız hərəkətlərinə görə təqib olunur, amma İsa Qəmbər yox. İsa Qəmbər haqlı hərəkətlər edir də desək, adamın üzünə durub nəslini söyərlər. İsa Qəmbər özünə "demokratik qüvvələrin lideri" adını yapışdırsa da ancaq bir dəfə də olsun müxalifətin aksiyalarında iştirak etməyib. Bəlkə qanunsuz aksiyalardır deyə dubinka yeməkdən qorxur!? Xeyr, əsla belə deyil. Ötən illərdə İsa Qəmbər 20-30 nəfər dağıdıcı adamını küçəyə çıxarıb özü evdə oturub albalı mürəbbəsi yeyirdi.

Bu gün də belədir. Deyir ki, "Milli Şura"nın əvəzedici ikinci namizədi olmalıdır, o da "Milli Şura"ya daxil olan partiyalar içərisində yalnız Müsavatdan olmalıdır." Onun ifadələrinin məqsədini başa düşməmək üçün ulaq olmaq lazımdır. Bu adam açıq-aşkar 20 ildir yürütdüyü bir siyasəti aparır- Azərbaycanda sağlam müxalifətin formalaşmasına mane olmaq.

İsa Qəmbər oturur bağ evində, qabağında çayı, zəng edir Azər Ayxana ki, məndən bir müsahibə götür. Ya da oturub sualı da, cavabı da özü yazıb göndərir "Yeni Müsavat"ın e-mailinə. Necə ki, Rəsul Quliyev Amerikada bizneslə, bekar olanda isə bu işlə məşğul olur.

Nurəddin Musatafayev vasitəsilə köhnə dostlarını bərpa edən İsa Qəmbər gözəl başa düşür ki, "bu dəfə də ağzıma əppək atacaqlar və bütün ləyaqətimi o əppəyə satacam." Maraqlıdır ki, N.Mustafayev keçmiş dostu Əli Kərimlidən daha çox İsa Qəmbərə can yandırır. Yanvardakı ət dükanında hər bazar günü oturub 7-8 saat nərd çırpan müsavatçını "milli hərəkata təkan verən adam" adı altında hansı zibillərə salıblar.

Belə baxanda "Nurəddin" sözü ərəb-farsca "dinin nuru, nur daşıyıcı" deməkdir. Amma zalım oğlu dini nurdan başqa hər şey daşıyır. Hamı öz adına uyğun insan olsaydı, nə var idi ki. Məsələn, İsa Qəmbəri min dəfə də doğub təzədən öldürsən ondan İsa Peyğəmbər olmaz. Əli Kərimlinin varlığına milyardlar da sərmayə qoysan o, Həzrət Əli (Ə)-nin bir dırnağı qədər belə ola bilməz. İsa Qəmbərin nəyinə lazımdır ki, indiyə qədər 5 dənə "hökumət" siyahısı qurub ki, ağlına kim gəldi onu da nazir "təyin edib."

Çox qalmayıb, avqustun 15-dən sonra İsa Qəmbərin hay-şüvənləri "Milli Şura"nın "tam məxfi" iclasında bəyan edəcəklər ki, "ikinci namizəd İsa Qəmbərdir." Ardınca AXCP-cilər Əli Kərimlinin namizədliyini irəli sürəcəklər. Sonra da o biriləri. Bir də baxacaqsan ki, "Milli Şura" üfürülüb yoxa çıxıb. Rüstəm İbrahimbəyov da bir ömürlük özünü zibilə salıb əbədi oturacaq Moskvada.

Samir

Digər xəbərlər