PDF Oxu

Müxalifət

  • 7

Hekayəti-molla-İbrahimbəyov-kimyagər

Hekayəti-molla-İbrahimbəyov-kimyagər

Rüstəm İbrahimbəyovun açıqlamalarını oxuyandan sonra bütün şübhələrimi elə bil ki, ildırım vurdu, daha bu adamın hansı "siyasi çəki"yə malik olduğuna şübhəm qalmadı. İbrahimbəyov deyir ki, "müxalifətin pulu yoxdur, mən gərək xaricdə olam ki, pul məsələsini həll edəm. Əgər ora gəlsəm, bəs bu işlə kim məşğul olacaq!?" Açıq-aşkar etiraf edir. İbrahimbəyov siyasətə gələnə qədər siyasət haqqında iyrənc fikirlər olsa da, ancaq indi siyasətə yazığım gəlir.

İlk dəfədir ki, guya inqilab hazırlayan adam açıq-aşkar bəyan edir ki, mən pul dalınca getmişəm. Lap keçinin nağıllarındakı kimi, anaları gedib balalarına süd gətirməyə. Ağızları əmzikdən ayrıla bilməyənlərin tez-tez əmzik dəyişmələri də anlaşılan deyil.

Ortada çox maraqlı məqamlar da var: erməni dığası Azərbaycanda namizəd olmaq istəyir, o özü etiraf edir ki, xaricə pul gətirməyə gedib, bir neçə erməni siyasətçiləri də onu açıq-aşkar dəstəkləyəcəyinə söz verib. İndi kim zəmanət verə bilər ki, İbrahimbəyovun xaricdən alıb Azərbaycan müxalifətinə verəcəyi pullar ermənilərin deyil!? Və ya elə İbrahimbəyovun özü tərəfindən yaradılan "Rüstəm Rusiyanın adamıdır" fikri məqsəddən yayınmğa xidmət etmirmi!? Rusiyanın və ABŞ-ın nəyinə lazımdır ki, kələləri qoyub kərtənkələrlə iş görsün! Axı siyasətin də bir düzümü var.

İnanın ki, o vaxtkı nuxalılar İbrahimxəlilin misdən qızıl düzəldəcəyinə inandıqları kimi, bu müxalifətçilər də İbrahimbəyovun "möcüzəsi"nə inanırlar. Elə bilirlər ki, 20 ildir edə bilmədiklərini Rüstəm edib bunları da hazıra nazir edəcək. Amma insan boğulanda əl atır ki, əlinə bir qaya keçsin, o zaman əlinə saman çöpü keçir, bax, bizim müxalifətçilərin də "qurtuluş" meyarları budur. Rüstəm iksiri götürüb tökəcək misin üstünə, misdən qızıl yox, paslı dəmir alınacaq. İbrahimvəyov onda biləcək ki, İsa Qəmbəryan kimdir. İsa o paslı dəmiri alıb elə bir yerə dürtəcək ki... 7 milyon alıb şərəfini kənd yoluna çevirən adamın sənin ayda 2000 manatlıq maaşına ehtiyacı yoxdur. Və ya 1994-cü ildə aldığı bağ evində bu günə qədər də yaşayan İsa Qəmbər 1 otaqlı təmirsiz evdə yaşayıb özü haqqında "məzlum" fikri yarada bilibsə, indi gör Rüstəmə nə ssenarilər yazacaq. Özünə yazığın gəlsin.

Hay-şüvən saldılar ki, avqustun 12-də İbrahimbəyov gəlir, dədələrinin də çartlamış gorlarına əl döydülər ki, vallah gəlir..! Artıq avqustun 12-dən 12 min dəqiqə keçib, ancaq onun izi-tozu da yoxdur. Saxladılar 15-nə. Hansı ayın? Bax, bu bilinmir.

Yenə də bilmək olmaz, kimyagər İbrahimxəlil kimi, bu da iksiri götürüb tökər misin üstünə, mis də qızıl olar, ya olmaz onu bilmirik. Ya da ki, beş-altı kəlağayı götürüb küçə-küçə düşüb camaata xeyir-dua verə bilər ki, bu da başqa həngamədir.

Şamaxının hansısa kəndində qız gəlin köçəndə gəlinin qayınatası quru çörəyi götürüb vurur gəlinin başına ki, "ay səni görüm ayağın bərəkətli olsun". Bəyin də qaynatası toy gecəsi bəyə deyir ki, "səni görüm, necə edim, nə cür edim deməyəsən." Dünən xaricdə erməni diasporasından Rüstəmə söz verilib ki, maliyyə cəhətdən narahat olma, təki işin xeyirli-bərəkətli olsun! Bir-iki ölkədən də 5-6 dığa Rüstəmə xeyir-dua versələr də, bu gəlin o gəlindən deyil. Çörəyini yeyib şıllaq atanlardandır.

Əli Əliyev, Əhməd Oruc, Qüdrət Həsənquliyev, İqbal Ağazadə və başqa o qədər adam prezidentliyə namizədliyini verib ki, adamın həvəsi gəlir, prezidentliyə namizəd olmaq keçir adamın könlündən. İki gün əvvəl ANS-də prezidentliyə namizədlərini şəkillərin göstərirdilər, Əhməd Orucun şəkli xüsusi diqqət çəkirdi. Elə bil Mozambik həbsxanasına gedən dustağın son sifət görüntüləri nümayiş olunurdu. Ona görə atalar demişkən, güzgüyə mütləq baxmaq lazımdır. Bu adamlar bədbəxt oldular, heç olmasa seçkiyə qədər o biri müxalifətçilər Rüstəmin əli ilə xeyli pul qazanacaqlar, amma bunların eşşəyi indidən öldü.

Samir

Digər xəbərlər