PDF Oxu

Müxalifət

  • 11

Mirmahmud Mirəlioğlu çıxılmaz vəziyyətə düşüb

Mirmahmud Mirəlioğlu çıxılmaz vəziyyətə düşüb

KXCP növbəti parçalanma ərəfəsindədir

Klassik Xalq Cəbhəsi Partiyasının ötən il qarşılaşdığı parçalanma hadisəsi çox keçməmiş yenidən baş qaldıra bilər. Xatırladaq ki, Mirmahmud Mirəlioğlunun sədri olduğu partiya sıralarından bir çox aparıcı funksionerlər çıxaraq, "Demokratik Fraksiya" adlı qurumda biləşdilər. Onlar hazırda da KXCP sədrinə qarşı kampaniyada iştirak edirlər. Lakin bu arada M.Mirəlioğlu qarşıdan gələn prezident seçkilərində iştirak məsələsi ətrafında çıxılmaz vəziyyətlə üzləşib. Belə ki, KXCP müxalifət partiyası olaraq seçkilərlə bağlı ilk qərar verən siyasi təşkilat olsa da, qurumun "Milli Şura""ya üzvlüyü M.Mirəlioğlunun tərəfdarlarını ciddi dilemma qarşısında qoyub. Çünki KXCP "Milli Şura"nın həmtəsisçilərindən olduğundan "şura" sədri Rüstəm İbrahimbəyovun namizədliyinin qarşısına keçə bilmir. Hansı ki, İbrahimbəyovun da namizədliyi hələ tam reallaşmayıb və görünür, bu faktor ümumiyyələ, öz təsdiqini tapmayacaq. Artıq KXCP funksionerləri Mirəlioğlunu R.İbrahimbəyovu dəstəkləməməyə çağırır və onun özünün namizədliyinin irəli sürülməsini tələb edirlər. Lakin KXCP sədri hələ ki, fikrindən geri çəkilməyərək, "Milli Şura"da qəbul olunmuş "vahid namizədlik" qərarını dəstəkləyir. Məhz bu səbəbdən də partiya daxilində yenidən parçalanma halları cücərməkdədir.

Mirmahmud Mirəlioğlu hələ də "Milli Şura" nağılındakı "ağ atlı oğlanın" gələcəyinə sadəlöhvcəsinə inanır və partiyadaşlarının tələblərini qulaqardına vurur

M.Mirəlioğlu onun seçkilərə qatılmasını tələb edənlərə qarşı mətbuata açıqlamasında deyib ki, o, "Milli Şura"nın həmtəsisçilərindən olduğuna, "vahid namizəd" müəyyənləşdirdiyinə görə, partiyanın seçkilərdə iştirakı qərarı arxa plandadır: "Biz ayın 19-a qədər lazım olan nə varsa, onları həyata keçiririk. Ayın 19-da növbəti sessiya olacaq. Həmin toplantıda yəqin ki, Rüstəm İbrahimbəyovun son məktubu - "Milli Şura"ya ünvanlanmış müraciəti müzakirə olunacaq."

Göründüyü kimi, M.Mirəlioğlu hələ də "Milli Şura" nağılındakı "ağ atlı oğlanın" gələcəyinə sadəlöhvcəsinə inanır və ona görə də partiyadaşlarının tələblərini qulaqardına vurur. Lakin unudur ki, "Milli Şura" bir neçə gündən sonra mövcud fəaliyyətinə xitam verdikdən sonra onun təşkilatında ciddi qopmalar baş verəcək. Bununla da KXCP adlı partiya növbəti sarsıdıcı parçalanmaya tab gətirməyərək, ölkənin siyasi arenasından silinmək təhlükəsi ilə üz-üzə qalacaq.

"Boy sırasına düzülsünlər, ondan sonra baxarıq"

Maraqlıdır ki, öz acınacaqlı vəziyyətini nəzərə almayan Mirəlioğlu müxalifətin digər namizədləri barədə proqnozlar verməyi də unutmayıb. Belə ki, o, MSK-dan imza vərəqələri götürmüş müxalifətçi namizədlərdən hansını daha güclü və ya şanslı saydığına münasibətini açıqlayarkən bildirib ki, seçkilərə start verildikdən sonra fikrini bildirəcək: "Boy sırasına düzülsünlər, ondan sonra baxarıq. Ona görə ki, onlar hələlik namizədliyə namizəddirlər. İmza vərəqələri götürüblər, imzaları toplayıb, vərəqələri təhvil verəndən, namizəd kimi qeydə alınandan sonra onlar haqqında danışmaq daha məqsədəuyğun olar."

Afət TAHİRQIZI

Digər xəbərlər