PDF Oxu

Müxalifət

  • 12

Niyaməddin Orduxanlı: "Milli Şura" artıq dağılmış qurum kimi radikal müxalifətin “şanlı tarixi”nə düşüb

Niyaməddin Orduxanlı: "Milli Şura" artıq dağılmış qurum kimi radikal müxalifətin “şanlı tarixi”nə düşüb

"Milli Şura" artıq dağılmış və növbəti uğursuz bir qurum kimi radikal müxalifətin "şanlı tarixi"nə düşüb. Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, bu gün "Milli Şura"nın dağılması rəsmən elan olunacaq: "Bu gün Rüstəm İbrahimbəyovun adıçəkilən qurumdan namizəd olub, olmamasının heç bir əhəmiyyəti yoxdur. Dünənki aksiyalarında bir daha sübut olundu ki, xalqın bu siyasi qüvvələrə ciddi dəstəyi yoxdur. Çünki mitinqdə iştirak edənlərin hamısı öz partiya fəalları və üzvləri idi. Sadə xalq mitinqdə iştirak etmədi".

"Az sayda mitinq iştirakçıları olması bu qüvvələrin seçkidən yenidən məğlubiyyətlə ayrılacağını ortaya qoydu. Müsavat partiyasının əsas aparıcı şəxslərindən biri olan, Rauf Arifoğlunun mitinqlə bağlı yazdığı "İbrahimbəyov bütün bədbin proqnozları da kölgədə qoymağı bacardı - sübut etdi ki, o, lider deyil, siyasətçi heç deyil, sadəcə yaxşı kino işçisidir. Rasim Balayev nə qədər Babək, Nəsimidirsə, İbrahimbəyov da bir o qədər müxalifət lideridir" deməsi onlar üçün açıq və acı etirafdır", - deyə Orduxanlı sözlərinə əlavə edib.

sia.az

Digər xəbərlər