Daim Azərbaycan xalqının maraqlarını özlərinin xeyirlərinə sui-istifadə edən ənənəvi müxalifət "liderləri" indi də iddia edirlər ki, guya Rüstəm İbrahimbəyovun "Milli Şura"sı xalqın sifarişinə əməl edir. Əslində burada sifariş məsələsi tamamilə zidd məsələlər ətrafındadır. Yəni hesab etmək olmaz ki, istər İbrahimbəyov, istərsə də onun ətrafında cəmləşən beş-üç nəfər sözügedən sifarişi həyata keçirir. Çünki bunların məqsədləri birbaşa xarici ölkələrin sifarişlərini həyata keçirməkdən ibarətdir. Bu gün "Milli Şura"nın pult vasitəsilə idarə edilməsi, əlbəttə ki, mövcuddur. Hansı komanda verilirsə, həmin tapşırıq ətrafında da işlər icra olunur.
Ağzigöyçək və ağzıyekə
Başqa tərəfdən, o günləri müxalifət mətbuatına müsahibə verən "Milli Şura" üzvü İbrahim İbrahimli də iddia edir ki, bəs müxalifət xalqın şifarişinə əməl edib, birlik yaratdığı kimi, xalq da müxalifətin məsuliyyətinə şərik çıxmalıdır: "İndi növbə xalqa çatıb və xalq da öz üzərinə düşəni etməlidir".
Fikir verin, bu ağzıgöyçək və ağzıyekə müxalifətçi yenidən ortaya düşüb meydan təfəkkürü ilə bəyanatlar verir, üstəlik, həyasızcasına bu boyda xlaqın qarşısına minnət qoyur. Minnət qoyub deyir ki, guya xalq yığışıb bunlardan xahiş edib ki, ay müxalifət, siz Allah, gəlin siz birləşin, vahid namizəd müəyyənləşdirin, onu da bizə rəhbər seçin, sizin iqtidarınız altında yaşayaq. Görəsən, İbrahimlini xalqla bu tonda, bu əda ilə danışmağa əsas verən nədir? Axı siz xalqa iqtidarda olduğunuz dövrlərdə, eləcə də müxalifətçilik zamanlarında hansı "töhfələri" vermisiniz ki, ondan da nəyisə tələb edəsiniz!
Morniqstar bu xalqın nümayəndəsi deyil axı!
Əksinə, xalq sizlərdən tələb edəcək. Özü də elə tələblər qoyacaq ki, qaçıb gedəcəksiniz Rüstəm "qağanızın" yanına və qışqırıb-baqğıracaqsınız ki, ay dədəmiz Rüstəm, bizi bu xalqın qəzəbindən qoru, yoxsa bizi...
Başqa tərəfdən, mövcud iqtidarı dəstəkləyən xalq "Milli Şura"ya sual edir ki, məsuliyyətinizə biz şərik çıxmalıyıqsa, Morniqstarın yanında niyə burnunuzun suyunu axıdırsınız? Əgər siz həqiqətən də xalqın sifarişlərini yerinə yetirirsinizsə, bildiyimiz qədər səfir Morniqstar bu xalqın nümayəndəsi deyil axı! Onda hanı xalqın sifarişi? Xalqın sifarişi bu gün inkişaf edən Azərbaycandır! Xalqın sifarişi xalqın iqtidarıdır! Xalqın sifarişi belə müxalifətin süpürülüb tarixin arxivinə atılmasıdır! Bax, budur xalqın sifarişi, ay qeyri-möhtərəm ağzıgöyçək və ağzıyekə İbrahim İbrahimli!
MÜBARİZ