PDF Oxu

Müxalifət

  • 6

Xalqın düşməni - Rüstəm İbrahimbəyov

Xalqın düşməni - Rüstəm İbrahimbəyov

Rüstəm İbrahimbəyov: "Azərbaycanlılar küt xalqdır. Onlarla heç bir iş görmək olmaz"""

Bütün dünya xalqlarının içində özünəməxsus yer tutan, şərəfli, şanlı tarixə sahib Azərbaycan xalqı haqqında hansısa düşmənə satılmış, öz şərəf və ləyaqətini itirmiş, bədbəxt, alçaq bir insanın bu cür təhqirlərlə, tənqidlərlə dolu fikirləri qəbul edilməzdir və bunun cəzası və cavabı mütləq verilməlidir. Əlbəttə, hamıya məlumdur ki, R.İbrahimbəyov ta qədimdən ermənilərə satılmış bir köpəkdir. Köpəyin isə hürməkdən başqa əlindən gələn iş yoxdur.

İt hürər karvan keçər

Bu atalar sözünün əksər yerlərdə özünü uğurla təsdiq etməsinin şahidi olmuşuq. Təbii ki, R.İbrahimbəyovun fikirləri qarşısında da bu atalar sözü təsdiqlənir. Lakin buna baxmayaraq, bizlər icazə verə bilmərik ki, belə əclaflar xalqımızı təhqir etsinlər. Hər kəsə məlumdur ki, kinorejissorun siyasətə gəlmək cəhdi çox uğursuz alındı. Çünki onu xalqımız, cəmiyyətimiz heç zaman siyasətçi kimi qəbul edə bilməz. Bu adamın siyasətdən başı çıxmır. O, heç öz iğtisasını və öz peşəsini dərindən bilmir. Necə ola bilər ki, 75 yaşında siyasət kimi güclü bir işlə məşğul olmağa başlayasan. Həm də 75 illik ömrünün 65 ilini içki içməklə və donuz əti yeməklə keçirərək, içkiyə və donuza aşiq olan bir insan beyni heç bir zaman sağlam təfəkkürdə ola bilməz. Biz bu fikrində təsdiqinə R.İbrahimbəyovun timsalında şahid olmuşuq. O, artıq ağlını itirdiyi üçün öz milləti, xalqı haqqında bu cür fikirlər işlədir.

R.İbrahimbəyovun ağlını itirdiyinə dair faktlar çoxdur

Son zamanlarda Rüstəm İbrahimbəyovun hədsiz dərəcədə çaşqın vəziyyətdə olduğunu sübut edən çox amillər var. Əvvəlcə o, vədlər verdi ki, Azərbaycana qayıdıb, burada özünün seçki komandasını yaradacaq və bu prosesə rəhbərlik edəcək. Lakin sonradan o, virtual şəkildə seçkilərə qatılmağı daha üstün tutdu və bunu bir çox problemlərin həllində vacib rol oynaması ilə əsaslandırdı. Əslində isə o, Azərbaycana qayıtmaq istəmirdi. Çünki R.İbrahimbəyov heç vaxt Azərbaycanı və azərbaycanlıları sevməyib, hazırda da sevmir. Daha sonra isə xalqımız haqqında bu xür iyrənc fikirlər səsləndirdi. Onun özünü aparmasından görünür ki, bu sərxoş qoca özünün tamamilə itirib.

Bu insanlar Azərbaycanın uğurlu gələcəyi üçün heç nə edə bilməz

Özünü "vahid namizəd"" adlandıran və ölkəmizdə keçiriləcək prezident seçkilərində qələbə qazanmaq istəyən R.İbrahimbəyovun bircə məqsədi var ki, o, Azərbaycanı, sərvətlərimizi talasın, ermənilərə satsın və xalqımızı məhv etsin. Belə insanı axı necə dəstəkləmək olar?! Xalq bütün bunları bildiyi üçün nə R.İbrahimbəyovu və nə də "Milli Şura""nı dəstəkləmir və bu qondarma quruma qəti şəkildə inanmır. Bütün bunlarla bərabər biz şahidi oluruq ki, belə insanlar tarixin qara səhifələrinə yazılırlar.

Cahid Süleymanov

Digər xəbərlər