Müxalifətin vahid namizəd istiqamətində atdığı addımlar insanda ikrah hissi doğurur. Avqustun 19-da brifinq keçirən "Milli Şura"çılar arasında olan-qalan körpülər də yanıb. Belə ki, 18 avqustda mitinqdə vahid namizədə "sədaqət" göstərməkdən dəm vuran İsa Qəmbər brifinqdə fərqli sifət göstərib.
O, jurnalislərin suallarını cavablandırarkən bildirib ki, sentyabrın 4-ü son gündür: "Çox məhdud olsa da bizim zamanımız var ki, vəziyyəti dəyərləndirək. Bizim ehtiyat vahid namziədlə bağlı təklifimiz o zaman nəzərə alınmalıdı. Amma indi zəruri olduğu qəbul edilir. Yeni namizədlə bağlı konkret neçə günə qərar veriləcəini deyə bilmərik. Ancaq 1 ya 2 günlə dünya dağılmayacaq, yaxın günlərdə qərar qəbul ediləcək."
İ.Qəmbərin bu çıxışa ilə nala-mıxa vurması göz qabağındadır, artıq məqsədinə çatmaq üzrədir. Ancaq çıxışının son cümləsi İsa Qəmbərin bütün planlarının iç üzünü açdı: "Müsavat "Milli Şura"nın vahid namizədini qəbul edib, indi də ehtiyat vahid namizədlə razılaşır. Əgər bu alınmasa Müsavat ayrıca seçkidə iştirak edəcək."
İsa Qəmbər vaxt udub digər partiya sədlrəni zərərsizləşdirmək istəyir. Çünki tam əmindir ki, Rüstəm İbrahimbəyov seçkiyə qatıla bilməyəcək və "Milli Şura" yeni namizəd formalaşdırana qədər vaxt itkisinə məruz qalacaq. Odur ki, İsa Qəmbər indidən öz işini görüb, sonda əlacsız qalacaq "Milli Şura"nın ümidinə çevrilmək istəyir. Ona görə bel bağlamaq, onun şənləndirici nəğmələrinə qulaq asmaq düz deyil, ən azı sadəlövhlüyün son həddidir.
Görəsən, İ. Qəmbəri vahid namizədlə bağlı əvvəlcədən tutduğu mövqeyinə görə "demokratik düşərgənin xaini" adlandıran Ə. Kərimli və R. Quliyev indi nə düşünür?! Nədənsə, son vaxtlara qədər "Milli Şura"dan ağız dolusu danışan R. Quliyevin KİV-də çıxışlarına rast gəlinmir. Ə. Kərimli də "Milli Şura"nın sessiyasında pəjmürdə görünür. Yəqin İ. Qəmbəri tora sala bilmədiklərinə görə bərk dilxor olublar. R. Quliyev heç, o, ABŞ-da oturub viskini içməklə məşğuldur, bəs görəsən Ə. Kərimli İ. Qəmbərə qarşı daha hansı planlar hazırlamaqla məşğuldur?
Samir