İndi durub desən ki, dağıdıcı müxalifət ünsürləri haqq yoluna gəliblər, o da düz çıxmaz. Amma yenə də onları azacıq alqışlamaq olar ki, axır ki, İsa Qəmbər və Əli Kərimlinin kimliyini tanıdılar. Bunun üçün bu qədər illəri hədər vermək də gərək deyildi. "Yeni Müsavat" qəzetinin köşə yazarı Zamin Hacı "Azadlıq" radiosunao qədər yanıqlı danışdı ki, ancaq indi də "üfürməklə" məşğuldur. "Azadlığ"ın yazarı Elnur Astanbəyli (daha doğrusu, ATANBƏYLİ) də "Milli Şura" üzvlərini satqınlıqda qınadı.
Müxalifətçi köşə yazarı Hacı Zamin ərz edir ki, ümid bir az "Milli Şura"ya idi, o da sönüb, üfürürük də, bir şey çıxmır. Bu Zaminə başa salan lazımdır ki, İsa Qəmbərin peçinə odun qoyanlar üfürməsə, min il də üfürsən yanmayacaq, bu, sənin üçün samovar qaynatmaq deyil. İ.Qəmbərin "od mərkəzi"nə yalnız bir deşikdən nəfəs üfürmək olar, o deşik də nə yazıq ki, sənin və digər müxalifətçilərin əlində deyil.
Məgər bu qədər vaxtı siz guya bilmirdinizmi ki, Müsavatla AXCP bir kişiyə gedən iki arvad kimi bir-birilərinin paltarlarını oğurlamaqla məşğuldurlar!? Bilmirdinizmi ki, Ə. Kərimli və İ. Qəmbəri "birlik" adı ilə bir qucaqda oturdan səbəb var idi!? İndi Hacı Zamin deyir ki, Müsavat və AXCP hakimiyyətə işləyir: "Axı AXCP və Müsavat bu birliyə niyə getdi? Çünki bir-birlərini qəbul etmədilər. Bu da bizə onu deməyə əsas verir ki, AXCP və Müsavat hakimiyyətin əlinə işləyir."
Biz öz səhifələrimizdə dəfələrlə yazırdıq və bu gün də yazırıq ki, İsa Qəmbər Azərbaycan cəmiyyətinə ləkədir. Ancaq Hacı Zamin, Elnur ATANBƏYLİ kimi jurnalistlər özlərini o həddə qoyurdular ki, ayaqlarının altını gözləri görmədi. Bu adamlar özlərindən başqa nə bir jurnalist, nə bir siyasətçi, nə bir elm adamını tanımırlar. Elə bil ki, Allah-Taalanın bütün əzəmət və fəziləti bu iki nəfərçənin başına tökülüb, ya da ki, sonuncu elçinin elçiləridirlər.
Hacı Zamini anlamaq olar, ancaq zaman-zaman onun-bunu əlinə baxan, partiya sədrindən ayda 200 manat rüşvət alıb ondan yazmayacağına söz verən Elnur ATANBƏYLİ gərək eynəyini gözünə taxıb heç o mitinqə getməyəydi. Salam Sarvanın canı sağ olsun, bu adama o qədər dəqiq qiymət verdi ki, indi bizim də naxış vurmağımız eyib olar. Ancaq bizə maraqlı olanı E. ATANBƏYLİnin dedikləridir: ""Milli Şura"da olan 5-6 partiyanın birləşərək toplantı keçirməsi absurddur. Digər "Milli Şura" üzvlərinin kənarda saxlanılaraq keçirilən bu görüş kifayət qədər şübhələr yaradır. Bundan sonra "Milli Şura" çapında hansısa qərarların qəbul edilməsi inandırıcı deyil. Vaxt çox azdır. R.İbrahimbəyovla bağlı durum aydındır. Onun namizədliyi ilə seçkilərdə iştirak etmək alınmır. Onun seçkilərdə iştirak etməyəcəyi qətiləşib."
Elnurun Eldar Namazovu agent adlandırması da təsadüfi deyil. Əgər Ə. Kərimli ona göstəriş verməsə, onun E. Namazovun əleyhinə olan bir cümləsi belə "Azadlıq"da getməz.
20 ildir "İsa bəy"in eynəyinə tamaşa edib özünüzdən "filosofsayağı" məqalələr uydurmaq da bir işə yaramadı. Özünü deputat və Yazıçılar Birliyinin sədri görmək istəyən Elnur ATANBƏYLİnin yəqin ki, bundan sonra üz tutacağı bir qapı olmayacaq, hələ seçkidən sonra zərrə qədər də "Azadlıq" qalmayacaq. Və ya İsa Qəmbərdən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olacağının razılığını alan Hacı Zamin görəsən ən azı bundan sonra özünə pensiya belə düzəldə biləcəkmi?
Ancaq yenə də öz liderlərinin ünvanına söz dedilər. Rəhmətlik Elçibəy demişkən, heç "buna da inanmaq olmaz." Şeytan yuvasından çıxan şeytan yuvadan kənarda mələk simasında görsənər. Qayıdın yuvanıza, indi gedin liderlənizə cavab verin.
Samir