PDF Oxu

Müxalifət

  • 14

Dağıdıcı müxalifət nümayəndələri bir-birlərindən şübhələnirlər

Dağıdıcı müxalifət nümayəndələri bir-birlərindən şübhələnirlər

Elnur Astanbəyli: "Digər "Milli Şura" üzvlərinin kənarda saxlanılaraq keçirdiyi görüşlər kifayət qədər şübhələr yaradır"

"Milli Şura"nın son zamanlar keçirilən iclaslarına nəzər salsaq, şahidi olarıq ki, bu iclaslar bu qondarma qurumda üzv olan bütün partiyaların iştirakı ilə keçirilmir. Bu isə, öz növbəsində, iclaslara dəvət olunmayan partiya nümayəndələrində haqlı şübhələr yaradır. "Azadlıq" qəzetinin əməkdaşı Elnur Astanbəylinin təbirincə desək, "Milli Şura"da olan 5-6 partiyanın birləşərək toplantı keçirməsi absurddur. Digər "Milli Şura" üzvlərinin kənarda saxlanılaraq keçirdiyi bu görüş kifayət qədər şübhələr yaradır. Göründüyü kimi, artıq bu dağıdıcı radikallar bir-irlərindən kifayət qədər yüksək səviyyədə şübhələnməyə başlayıblar. Zamanında bu qondarma qurumun yaranmasına sevinən E.Astanbəyli indi burdakılara şübhə gözü ilə baxır.

Sənin papağın vardı ki, itirəsən də?!

Bəzilərinin fikirləri insanda təəccüb doğurmaya bilmir. Məsələn, "Milli Şura"nın üzvlərindən əksəriyyəti, acınacaqlı durumu öncədən bilsələr belə yenə də bu qondarma quruma ümid bəslədiklərini dilə gətirirdilər. Zamin Hacının son günlərdə bildirdiyi bu fikirlər onlara "Sənin papağın var idi ki, itirəsən də" sualını verməyə bizləri vadar edir. Belə ki, Z.Hacı söyləyir ki, "bir az ümid "Milli Şura"yadır. Onun da odu sönüb, külü qalıb. Üfürürük, o da olmur". Bu yerdə Zamin Hacıya da məsləhət görürük ki, özünün dediyi kimi, "Milli Şura"nın sönmüş odunu üfürməkdən əl çəksin. Ən yaxşısı "Milli Şura"nın odunun üstünə o məsələni etsin ki, canı birdəfəlik əziyyətdən qurtarsın.

Cahid Süleymanov

Digər xəbərlər