"Turqut Ərin "Azadlıq" qəzetinə bugünki müsahibəsi birmənalı şəkildə göstərir ki, Azərbaycanda təxribatlar həyata keçirilməsinə dair layihə realdır". Bunu SİA-ya politoloq Cümşüd Nuriyev deyib.Politoloq deyib ki, Əflan İbrahimovda açıqlamasına bu fikri əsassız yerə deməyib: "Turqut Ərin nə ixtiyarı var ki, Türkiyə vətəndaşı olduğu halda, bu ölkənin Azərbaycandakı səfirliyində çalışa-çalışa İlham Əliyevi kiminləsə müqayisə etsin? İlk növbədə Azərbaycanın Xarici İşlər Nazirliyi bununla bağlı təcili nota verməlidir. Turqut Ər bu qədər demokratiyadan danışırsa, təbliğ etdiyi Türkiyə iqtidarı "Gəzi Parkı" hadisələri zamanı ordu yeritdi? İlk olaraq Turqut Ər Türkiyədə demokratiyanı qursun, sonra Azərbaycana məsləhət versin".C.Nuriyev bildirib ki, onun bu təxribatçı çıxışı, Azərbaycanı daxildən qarışdırmaq arzusu da "Milli Şura"nın fəaliyyəti ilə bağlıdır: "Burdan da görünür ki, Əflan İbrahimov doğru deyir. "Milli Şura"da sırf təxribatçı quruplar mövcuddur. Onların da Azərbaycanda sabitliyi pozmaq üçün maraqları var. Bu gün Azərbaycanda sabitliyi pozmağa çalışan dini quruplar mövcuddur. Hansı ki, həmin qurupları Azərbaycan dövləti ölkəyə buraxmaq istəmir. Onlar həm islam, həm də xristian təmayüllüdürlər. Bundan başqa şəxsi maraqları müstəvisində, ayrı-ayrı dövlətlərin təxribatçı qurupları var. Onlarda Azərbaycanın qarışmasında maraqlıdırlar. Ona görə də Əflan İbrahimovun çıxışı əsassız hesab olunmamalıdır".Politoloq vurğulayıb ki, Turqut Ər bugünki müsahibəsində Azərbaycan xalqını təhqir edib: "O, bizi geri qalmış Afrika ilə müqayisə edir. Buna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyi təcili olaraq Türkiyəyə nota verməlidir".C.Nuriyev bildirib ki, Turqut Ərin türk olmasının özü sual altındadır: "Bu adam Türkiyədə yaşayan aşxenlərdəndir. Aşxenlərdə islamı qəbul etmiş ermənilərdir. Bu Azərbaycana qarşı yönəlmiş növbəti bir təxribatdır. Ona görə də təxribata görə cavab verməliyik.
sia.az