PDF Oxu

Müxalifət

  • 9

Rüstəm İbrahimbəyov "Milli Şura"nı bitirdi

Rüstəm İbrahimbəyov "Milli Şura"nı bitirdi

İctimai rəydən məhrum olan və rəhbərlik etdikləri partiyalarda qəbul edilməyən müxalif liderləri artıq 20 illik yanlış yolun astanasındadır. İl boyu görünməyən dağıdıcı müxalifət kəsimi ancaq seçki ilinə təsadüf edilən dönəmlərdə üzə çıxır. Qalan təqvimlərdə isə müxalifəti günün günorta çağı çıraqla da axtarsan tapmaq mümkün deyil. Umumiyyətlə demək olar ki, 20 illik zaman kəsiyində müxalifətin Azərbaycanda baş verən ictimai, siyasi-sosial proseslərdə mövcudluğu görünməyib. Cəmiyyət ancaq müxalifəti seçki ilində görə bilib. Bu gün istənilən situasiyada insanlar İsa Qəmbərə, Əli Kərimliyə, Lalə Hacıyevaya, Eldar Namazova ikrah hissi ilə yanaşır. Bu, bir tərəfdən onların 90-cı illərin əvvəllərində siyasi hakimiyyətdə olarkən xalqa olan münasibətləri kontekstindən qaynaqlanırsa, digər tərəfdən müxalifətin 20 illik əks mövqeyində yol vermiş olduğu dərin sapmalardan irəli gəlib. Beləliklə, müxalifət yanlış yanaşma prinsipi ilə özü ilə sosial mühit arasında dərin çatlar yaradıb.

Rüstəm İbrahimbəyova bel bağlayanlar özlərini tarixin zibilliyində görürlər

Fakt ondan ibarətdir ki, 1993-cü idən ölkəmizdə azad, ədalətli seçkilər kecirilib. Demokratik prinsiplər, şəffaf dəyərlər Azərbaycanda və insanların azad seçim imkanına, vətəndaşın siyasi baxışlarına təbii ki, təsirsiz olmayıb. Məhz açıq bir cəmiyyətin formalaşdığı dönəmdə isə özlərinin şəxsi ampulalarından kənara çıxa bilməyən dağıdıcı müxalifətin qalması sözsüz ki, birmənalı qarşılanmayıb. Bütün demokratik cəmiyyətlərdə müxalifətin mövcudluğu labüd olduğu üçün, Azərbaycanda da, siyasi sitem heç bir partiyaya və yaxud təşkilata müəyyən çərçivələr müəyyənləşdirmir. Amma başqa cəmiyyətlərdən fərqli olaraq bizim cəmiyyətdə müxalif kəsim öz mövcudluğuna ancaq şəxsi kontekstdən yanaşır. İsa Qəmbər, Əli Kərimli və digərləri cəmiyyət tərəfindən ikrahla qarşılandıqlarını başa düşdüklərindən Rüstəm İbrahimbəyov kimi siyasətdən kənar şəxsdən istifadə edirlər. Onlar yeni gəlir mənbəyi əldə etmək və iğtişaşlar yaratmaq iddialarını reallaşdırmaq üçün yeni fəaliyyət metodu seciblər. Amma onlar dərk etmirlər ki, R. İbrahimbəyov onları tarixin zibilliyinə atacaq. Daha doğrusu, bu il siyasət onlar üçün son astana olacaq. Cəmil Həsənlinin ehtiyat namizəd kimi secilməsidə cəhənnəmə gedənin özünə yoldaş axtarmasına bənzəyir. Çünki liderlər bir işə yaramadıqları halda təbliğatcıların meydana cıxması bu başdan iflasın etiraf olunması deməkdir. Sözsüz ki, bu yanlışlıq dağıdıcı düşərgəni iflasdan bir metr də olsun uzaqlaşmağa imkan vermir. Belə olan halda müxalifət düşərgəsi öz varlığını qorumaq üçün kənardan dayaq axtarmağa çalışır. Onların özləri bunu etiraf etməsələr də, fakt odur ki, müxalifətin bu günə qədər varlığını qorumasında kənar qütblərin himayəsi əsas rol oynayıb. O kənar qüvvələr ki, onlar Azərbaycanda mövcud sistemə, xalqımıza və dövlətimizə qarşı düşmən mövqeyindədir. Bu düşmənçilik prizması isə nə yazıq ki, ölkə daxilində özünə dayaq tapa bilib. Bu dayağın isə məhz müxalifətin üzərində qurulması kəsimin cəmiyyətdən hiddətdən başqa bir zərbə almamasına təminat vermiş olub.

Seçki ili başlayar-başlamaz müxalifətə kənar qütblərdən gələn göstərişlər düşərgədə süni canlama yaranmasına stimul kimi dəyərləndirilə bilər. Çünki məhz kənar qüvvələrin sifarişləri və tapşırıqları müstəvisində müxalifət yetgililərinə rübdən-rübə dividendlər göndərilir. Bunun müqabilində isə onlardan tələb olunan prinsiplər müəyyənləşdirilir. 2013-cü il də hələ ötən təqvim ilindən müxalifət üçün ölü il kimi qiymətləndirilmişdi. Lakin sonradan məlum göstərişlər və diqtələr müxalifəti seçkiyə hazırlamaq oyunu adı altında müəyyən manevrlər etməyə başlatdı. Ardıcıl olraq radikal düşərgədə bir neçə təşkilat yaradıldı və sonradan bunun lüzumsuzluğu qərara alınaraq kənardan siyasətə aidiyyatı olmayan şəxsi oyuna qatmalı oldular. Müxalifətə 20 ildə olan bütün daxili küsülülüklər müstəvisində "gedin bir yerdə olun" əmri verildi. Amma tapşırığı yerinə yetirmək müxalifət üçün problemə cevrilib. Çünki "vahid namizəd" kimi adı cəkilən Rüstəm İbrahimbəyov qorxusundan Azərbaycana gələ bilmir. Səbəb isə bəlli deyil. Görünən odur ki, R.İbrahimbəyov "bu həftə və ya gələn həftə gəlirəm"- deyir. Ancaq gəlmir. Yəqin ki, gəlməyəcək də. Təbii ki, olanlar cəmiyyətin gözü qarşısındadır və burada düşərgənin durumu ilə bağlı artıq şərhə ehtiyac qalmır.

AYDIN HÜSEYNOV,

YAP Siyasi Şurasının üzvü, Qaradağ rayon təşkilatının sədri

Digər xəbərlər