PDF Oxu

Müxalifət

  • 8

"MİLLİ ŞURA" HEYƏTİ GÖYÜN YEDDİNCİ QATINDAN AXIR Kİ, YERƏ ENDİ

"MİLLİ ŞURA" HEYƏTİ GÖYÜN YEDDİNCİ QATINDAN AXIR Kİ, YERƏ ENDİ

"Bu gün gəlirəm, sabah gəlirəm" deyə-deyə 129 heyətli qurumu, sözün əsil mənasında, doladı. Deyəndə də deyirlər ki, "Milli Şura"nın tərkibində ziyalılar, professorlar, politoloqlar var. Hə, nə olsun ki, bu qədər savadla İbrahiməyovun yalanına uyub hərəkət edirlərsə, demək, elə hamısı İbrahimbəyova tay insanlardır. Amma bu insanlar da, artıq Rüstəm İbrahimbəyovun boş-boş vədlərindən və yalanlarından bəs dedikcə toxdur. İndi canları real nəsə istəyir. Şükür Allaha ki, göyün yeddinci qatında olan "Milli Şura" heyəti axırı ki, yerə endi.

ELDAR NAMAZOVUN "EL"-İ DAĞILIR

"EL" hərəkatı Ali Məclisinin sabiq sədr müavini Əflan İbrahimov sözügedən təşkilatı tərk etdiyi haqda bir sıra mətbuat orqanlarına bəyanat vermişdir. Əflan İbrahimov bildirib ki, "Milli Şura" Bakıda iğtişaşlar və qarışıqlıq törətməyə hazırlaşır.

Əflan İbrahimov bu açıqlamalarından sonra "EL" hərəkatından bir neçə rayon təşkilatının da bəyanat verərək, təşkilatı tərk edəcəkləri haqda da məlumat vermişdi.

Ötən gün "EL" hərəkatı Mingəçevir rayon təşkilatının sədri Kazım Əzizov bəyanat verərək təşkilatdan çıxdıqlarını bildirib. Bundan sonra isə "EL" hərəkatının Ağdaş rayon təşkilatı da bəyanat verərək Eldar Namazovun rəhbərlik etdiyi qurumu tərk edib. Ağdaş rayon təşkilatının sədri, sabiq deputat Faiq Baxşəliyev bu məlumatı təsdiqləyib.

Qeyd edək ki, iki gün əvvəl "EL" hərəkatının Şamaxı və Qobustan rayon təşkilatları da bəyanat verərək təşkilatdan çıxıblar. Belə ki, Eldar Namazovun "EL"-i dağılıb, obası qalıb. Görək axsaya-axsaya "Milli Şura" oyununu tərk edən "EL"-çilər obalarının başına hansı corabı hörəcəklər?..

"MİLLİ ŞURA"DAN ETİRAF

Açıq Cəmiyyət Partiyasının Ali Məclisinin sədri, "Milli Şura"nın üzvü, sabiq deputat Zəminə Dünyamalıyeva demişdi: "Milli Şura"nın gələcəyi yoxdur".

"Mən hər zaman "Milli Şura"nın gələcəyi ilə bağlı öz mövqeyimi və fikirlərimi bildirmişəm. "Milli Şura"nın 12 avqust və 23 avqust tarixlərində keçirilən iclaslarında da susmamışam" deyə Z.Dünyamalıyeva etiraf edib.

Hə, susmaq nəyə lazımdır axı? Susmayın dinin ki, "Milli Şura"nın əsil siması ilə hər kəs tanış olsun. Onun sözlərinə görə, Cəmil Həsənli əvvəlcə, "Milli Şura"nın vahid namizədi olmaqdan imitna edib, amma düz 10 gündən sonra öz fikrini dəyişdi.

"Bu 10 gündə nə oldu ki, birdən vahid namizəd olmaq qərarına gəldi?" Özü də vaxtilə onu satqın kimi günahlandıran və dövlət satqını kimi Cəmil Həsənlini təqdim edən müxalifətçilər indi onu necə özlərinə vahid namizəd seçə bilərlər? Bu müxalifətin bir əməli ilə digəri üst-üstə düşmür. Burada daha bir məqam var. Məsələn, xatırladaq ki, ötən gün "Milli Şura" da hər partiyanın öz namizədi ilə seçkilərə qatılması və ya vahid namizədi dəstəkləməsi səsə qoyulmuşdu. Səs çoxluğu ilə hər partiyanın seçkilərə ayrılıqda qatılması fkri dəstəklənsə də nədənsə İsa Qəmbər və Əli Kərimli indi bəyənmədikləri Cəmil Həsənlinin namizədliyini dəstəkləyirlər.

Lakin daha sonra, məlum olur ki, sən demə "Milli Şura" tərkibində bir çoxları Cəmil Həsənlinin namizədliyinin irəli sürülməsinin əleyhinədir. Belə ki, ACP lideri Rəsul Quliyev, ACP sədri Sülhəddin Əkbər və ADP sədri Sərdar Cəlaloğlu bu namizədliyi dəstəkləmir. Qeyd edək ki, ACP lideri Rəsul Quliyev Cəmil Həsənlinin "Milli Şura"nın vahid namizədi olmasına etiraz edərək bildirib ki, Cəmil müəllimə hörmətim var: "Ona hörmət etdiyim üçün istəmirəm ki, kiminsə tamaşasında komik və epizodik rol oynasın".

Sülhəddin Əkbər yalnız İbrahimbəyovun namizədliyini dəstəklədiyini bildirib. Onu da qeyd edək ki, S.Əkbər də daxil olmaqla sessiyada iştirak edən ACP üzvləri "Milli Şura"nın ikinci vahid namizədinin seçilməsi üçün keçirilən səsvermədə iştirak etməyiblər.

"Milli Şura"nın yeni oyun layihəsi adlandırılan Cəmil Həsənli haqda müxalif partiya olan ADP sədri Sərdar Cəlaloğlu İbrahimbəyovun namizədliyinə müsbət baxdığını bildirsə də, Cəmil Həsənlinin seçkilərdə heç bir şansının olmadığını bildirib.

Bu da, sözdə "birləşmiş" müxalifətin əsil şəkli. Bunlar özləri-özləri ilə yola gedə bilmirlər, amma bu boyda xalqı öz yolları ilə aparmaq niyyətindədirlər. Deməli, 2 aydan çox Rüstəm oyununun icra edən "Milli Şura" indi də keçid alır Cəmil oyununa.

RƏSUL QULİYEV "MİLLİ ŞURA"NIN SÜQUTUNU QƏBUL ETDİ

Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev, sözün əsil mənasında, "Milli Şura"nın süqutunu qəbul etdiyi anlamını verən bəyanatla çıxış edib. O bildirib: "Ehtimal var ki, Cəmil Həsənli oktyabrın əvvəlində namizədliyini geri götürsün və seçkiləri boykota çağırsın". Qeyd edək ki, Rəsul Quliyev ilk gündən Cəmil Həsənlinin namizədliyinə qarşı olduğunu və ehtiyat namizədin bir faiz də səs toplaya bilməyəcəyini deyib. Bununla yanaşı, ACP-nın lideri hesab edir ki, C.Həsənli oktyabrın əvvəlində namizədliyini geri götürəcək: "Yeganə bir şəxsin qələbə şansı var idi o da Rüstəm İbrahimbəyov idi. Onu da "Milli Şura" mübarizədən uzaqlaşdırdı". Daha sonra Rəsul Quliyev prezident seçkilərində toplanacaq səsləri proqnozlaşdırıb. Belə ki, İlham Əliyev 72-80 %-ə qədər toplyacaq. Yerdə qalanlar isə, 16-18 %, 2 % də saxta bülleten. Hörmətli Cəmil müəllimin topladığı səslər 0,2-0,5 % artıq olmayacaq. İlqar Məmmədovu seçkilərə buraxsalar, ona 2 % yaza bilərlər. Əlbəttə, İqbal Ağazadə və başqalarına daha çox səs veriləcək.

Göründüyü kimi, "Milli Şura"dan narazı Rəsul Quliyevin proqnozlarına baxsaq, artıq məğlubiyyəti qəbul etdiklərini görərik. Buna sübut olaraq isə o bildirib: "Milli Şura" heç nəyə zəif müqavimət göstərmək qabiliyyətinə malik deyil. Çünki Cəmil Həsənli insanları ayağa qaldıra bilən fiqur deyil. Onun əsas güvəndiyi qüvvə "Milli Şura" yox, Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır. Cəbhəçilərinin öz rayonlarında belə kiçik mitinq təşkil edə bilməməsi bir ay müddətində hansı isə bir gücə çevriləcəklərinə inanmaq çətindir".

Məncə, artıq şərhə ehtiyac yoxdur. "Milli Şura"da elə bil müxlifətin də nəyə qadir olduğunu nümayiş etdirəcək hər nə varsa, açıq şəkildə cərəyan edir. Bunu yalnız özləri oynadıqları oyuna can qoyduqları və reallıqla üzləşdiklərinin sübutu kimi dəyərləndirmək yetərlidir.

Ülkər Musazadə

Digər xəbərlər