PDF Oxu

Müxalifət

  • 14

Musa Quliyev: “ “Milli Şura” adlı kitab tarixin zibilliyinə atılmalıdır”

Musa Quliyev: “ “Milli Şura” adlı kitab tarixin zibilliyinə atılmalıdır”

" "Milli Şura" yaranan gündən bu qurumda səmimiyyət, ümumi bir ideya ətrafında mübarizə aparacaq insanların birliyi olmayıb. Bu insanlar "Milli Şura" adlı qurumu Rusiyanın müəyyən qüvvələrinin təhriki ilə yaratdılar. Hesab edirdilər ki, bu qurum yaranacaq və xarici qüvvələr onları dəstəkləyəcək. Onlar da Azərbaycanda dövlət çevrilişi edəcəklər və hakimiyyətə gələcəklər". Bu fikirləri SİA-ya millət vəkili Musa Quliyev deyib.

Millət vəkilinin sözlərinə görə, hər zaman bir-birinə etibarsız yanaşan insanların bu qurumda toplanmasının məqsədi Rusiyanın müəyyən qüvvələrinin dəstəyi ilə Azərbaycanda hakimiyyəti çevirmək kimi maraqları olub: "Onlar son nəticədə gördülər ki, Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır. İstər Qərb dövlətləri, istər Rusiya, istərsə də ABŞ-ın müxtəlif institutları xalqımızın fikrini öyrəndikdən sonra öz qərar və münasibətlərini bildirirlər. Artıq "Milli Şura"nın illuziyaları bitib. Bu illuziyalar bitdikdən sonra Rüstəm İbrahimbəyov Azərbaycana gəlmədi və bu qurum da üz qaralığını ört-basdır etmək üçün alternativ namizəd olan Cəmil Həsənlinin namizədliyini irəli sürdü".

"Nə üçün "Milli Şura" alternativ vahid namizəd kimi daim Azərbaycanda özlərini "ana müxalifət" adlandıran, Əli Kərimli və İsa Qəmbəri üzərində dayanmadı? Bunun da səbəbi aydındır. Belə ki, "Milli Şura"dakılar Cəmil Həsənlini qurbanlıq quzu kimi irəliyə verdilər ki, məğlubiyyətlərinin səbəblərini onun qeyri-peşəkarlığında, liderlik keyfiyyətlərinin olmamasında axtarsınlar və bulanıq sudan özləri üçün balıq tutsunlar, gələcək prezident seçkilərində kimsə özünü müxalifət adlandırmaqla xarici havadarlarından yenə dəstəklər alsın", -deyə Musa Quliyev sözlərinə əlavə edib.

Millət vəkili vurğulayıb ki, Cəmil Həsənli yox, digər bir şəxs də "Milli Şura"nın namizədi olsaydı, prinsipcə heç nə dəyişməyəcəkdi: " "Milli Şura" iflasa uğrayıb. Bunu özləri də, Azərbaycan xalqı da yaxşı bilir. Ona görə də "Milli Şura" adlı kitab bitib və tarixin zibilliyinə atılmalıdır".

sia.az

Digər xəbərlər