PDF Oxu

Müxalifət

  • 12

Cəmil Həsənli namizədliyi və onun haqqında bilmədikləriniz

Cəmil Həsənli namizədliyi və onun haqqında bilmədikləriniz

"Milli Şura"nın vahid ehtiyat namizədi olan Cəmil Həsənli barədə və onun qohumlarının oyunbazlıqları haqqında redakasiyamıza ilginc məlumatlar daxil olub. Amma əvvəlcə onun ehtiyat vahid namizəd kimi seçilməsinin bəzi pərdəarxası məqamlarına nəzər yetirək.

Niyə Cəmil Həsənli?

Sadəcə kimsənin tanımadığı, hər kəsin müəllim kimi qəbul etdiyi ali məktəb müəllimini qəfil namizəd kimi göstərmək bütün parametrlərdən həm Rusiyanın bəzi dairələrinə, həm də onların buradakı əlaltılarına sərf edir. Çünki Cəmil Həsənli sözəbaxandır. Həmçinin, "Milli Şura"nın sabah törədəcəyi hansısa təxribatçı hərəkəti onun üstünə atmaq daha asan olacaq. C.Həsənli bunu üstündən atmaq üçün cəhd belə etməyəcək.

Cəmil Həsənli dərin siyasətçi deyil, o, indi Rusiyanın bəzi dairələrinin oyunu olan "Milli Şura"nın ehtiyat namizədidir. Vahid ehtiyat namizəd kimi C.Həsənli Rusiyaya sərf edir. Çünki o, həmişə idarə olunub, hətta onun indi vahid namizədi olduğu "Milli Şura"ya da rəğbəti olmayıb. Sadəcə Rusiya projesi olan "Milli Şura"ya sözəbaxan, fağır, siyasəti anlamayan biri gərəkdir. O, sadəcə fiqurdur, elə bir fiqur ki, onun varlığı ilə "Milli Şura"nı ziyalı pərdəsi altında "təmiz" şəkildə Rusiyanın mövqeyinə işlətmək lazımdır. Digər tərəfdən "Milli Şura" liderləri öçlərindən "ən təmiz adam" seçməli idilər, çünki özləri o qədər çirkin və xəyanətlərlə dolu olan işlərin içindədirlər ki, sabah rüsvay olmaq onlara sərf etmir.

Lakin bununla belə, "Milli Şura"çılar "təmiz adam" axtarışlarında da yanıldılar. Çünki Cəmil Həsənli özlərinin dediyi kimi heç də "maaşla dolanan" biri deyil. Bütün seçkilərdə bir-birilərinə güzəştə getməyən, hətta 1998-ci ildə Əbülfəz Elçibəyə güzəştə getməyən İsa Qəmbər və Əli Kərimlinin də ona dəstək verməsi təsadüfi deyil. Əvvəla, 1998-ci ildə Elçibəyin İsa Qəmbərə verəcəyi milyonlarla pulu yox idi. İkincisi, İsa Qəmbər 20 illik uğursuzluğunu, nəhayət ki, sığortlamağa çalışdı. Rüstəm İbrahimbəyovun şirin vədləri altında baş yastığa qoymaq ona sərf edir, halbuki bütün bunların yalançı vəd olduğunu da bilir.

Cəmil Həsənlinin qohumu Südeyf kimdir?

Cəlilabad rayonunun düz girişində ucsuz-bucaqsız üzüm tağları insan gözünün son həddinə qədər işləyir. Hektarlarla sahəni zəbt edən bu üzüm tağlarına baxanda, kilometrlərlıə uzunlugu olan üzüm tənəklərini seyr edəndə, cəlilabadlıları xoşbəxt sayırsan. Sonra Alar kəndinə daxil olursan, yanbayan yüzlərlə villalar, marketlər, obyektlər insanda şəhər təssüuratı yaradır. Ancaq belə deyil. Bütün bunlar cəlilabadlıların xaricən xoşbəxt görünməsinə, əslində isə, ordakıların həsrətlə baxdığı ağız suyuna hesablanıb. Necə ki, Cəmil Həsənlinin ən yaxın qohumlarından olan Südeyf adlı birisi dilənçi payı ilə öz sahələrində insanları işlədərək alın tərlərini özü üçün cəhənnəm əzabı hazırlayır. O Südeyf ki, Cəmil Həsənlini indi də maddi cəhətdən necə var, təmin edir, bütün ehtiyaclarını ödəyir. O, hətta başqasının adına olan, əslində isə Cəmil Həsənliyə məxsus 10 hektarlıq ərazini üzüm tağına qərq elədi. Çünki Fərhad Əliyev həbs olunandan sonra Cəmil Həsənli deputat mandatından istifadə edib, ona az "krişalıq" etməyib. 2 dəfə bu mandatı daşıyan Cəmil Həsənlini indi Südeyf üzüm tağları ilə təltif edib. Odur ki, "maaşla dolanan" söhbəti sadəcə "vozduxdur".

Bu ilk və yeganə "krişalıq" deyil. Eldar adlı dayısı oğlunu gömrük sistemində mühafizə edən Cəmil Həsənli "daydayı"lığını çox da qoruyub saxlaya bilmədi. Çünki rüşvət aldığına görə, o, vəzifəsindən uzaqlaşdırıldı. Və ya Alar kəndində, məscidlə üzbəüz çayxanada oturub bütün günü qardaşının prezident olacağından danışan Cəmilin böyük qardaşı çoxusuna vəzifə söz ver-verə domino çırpırsa, bu, hansı ciddilikdən xəbər verir!? İndi də Südeyf Cəmil Həsənlinin prezident olacağından, Fərhad Əliyevin isə vaxtından əvvəl azad olacağından ağız dolusu danışırmış.

Müxalifətin "təmiz adam"ı olan Cəmil Həsənli sabah Südeyfi təmizləyə biləcəkmi? Və ya vəzifəsindən qovulan Eldar adlı qohumunu daha böyük vəzifəyə təyin etməzmi? Hektarlarla üzüm tağlarını qızıl yataqlarına çevirməzmi?

Gərək Cəmil Həsənlinin özünə yazığı gələydi, kitab yazmaq daha sərfəli idi, nəinki qurbana çevrilmək.

Samir

Digər xəbərlər