Müxalifət başbilənləri düşdükləri ağır vəziyyətdən cıxmaq üçün atdıqları ağılsız addımları və mənasız ideyaları ilə vəziyyətlərini daha da ağırlaşdırmış olurlar. Rüstəm İbrahimbəyovun Cəmil Həsənli ilə əvəzlənməsi ümidləri alt-üst etməklə yanaşı, "Milli Şura"nın da tarixin arxivinə sürüklənməsini tezləşdirmiş oldu.Bəs C.Həsənli kimdir? İlk öncə məncə bunu cavablandırmaq lazımdır. İlk növbədə C.Həsənli tarix müəllimidir. 2005-ci ilə qədər dağıdıcı müxalifət dəyirmanına su tökənlərdən olub. Parlamentə deputat secildikdən sonra ondan mandatından imtina edilməsi tələb edilmişdir. Amma C.Həsənli bu tələbləri rədd etmişdir. Nəticədə ona hakimiyyətin adamı damğası vurulub, "Milli Şura"nın "vahid namizədi" qismində tərifə mindirilib. Axı nə dəyişdi? Cəmil Həsənli həmin satqın kimi qələmə verilən Cəmin Həsənli olaraq qalmaqdadır. İnsanın xarici görnüşü dəyişə bilər, amma daxili aləmi, düşüncəsi və təfəkkürü dəyişə bilməz. Cəmil Həsənli 2011-ci ildə "Azadlıq" radiosuna verdiyi müsahibəsində belə deymişdi: "Biz işiq gələn yerləri qapamaqda mahirik". Bunu illər əvvəl müxalif qüvələr üçün söyləsə də indi tamam fərqli prizmadan çıxış edir.Böyük Sabir demişkən, Çarxi-fələk tərsinə dövran edir indi. Həm tərsinə-həm də anlamsız. Yəni türk demişkən, oynadıqları oyundan heç özləri də baş açmır. Belə ki, dünənə qədər müxalifətin tənqid və qınaq obyekti olan insan, bu gün müxalif qurumun necə "vahid namizədi" ola bilər? Məgər müxalif qüvvələrin bir yönlü namizədi yoxdurmu? Azərbaycan Respublikası hakimiyyəti də, konstitusiyası da, hakimiyyətdə olmayan siyasi xəttdə olan və müxalif demək mümkünsə, Müsavat başqanı İsa Qəmbərin və AXCP sədri Əli Kərimlinin qurduqları oyunun bir hissəsidir.Müxalifət hər bir sadə meyara düşünülməmiş şəkildə, zorakılıqla nail olmaq niyyətindədir. Bu, heç bir ideologiyaya uyğun olmayan bir manevrdir. Diqqət yetirsək görərik ki, "Milli Şura" müxalifəti məhv etdi. 20 ildir prezidentlik uğrunda bir-birlərini, sözün əsil mənasında, didən müxalifətçi "boss"lar estafeti əvvəl kinorejisyora, daha sonra isə "günah keçisi" kimi tarixçi Cəmil Həsənliyə verdilər. Lakin nə üçün bu tarixçi özünü tarixə belə zəif ampluada təqdim edir? Bu müxalifət başbilənləri nəinki siyasi müstəvidə, hətta siyasi fəzada belə bu kimi seçimlə gedə biləcəklərini, el dili ilə desək, hansı ağılla düşünüblər bəlli deyil. 129 heyyətli bu qurumda ziyalıların təmsil olunduğunu deyən "Milli Şura"nın məgər seçdiyi namizəd bumu? Dedikləri kimi bu qədər ziyalıların seçimi ilə qurduqları qurumu uçuruma aparsalar da gedirlər. Sabah bunu siyasi mübarizə kimi həmin qurum təmsilçiləri öz tərcümeyi-hallarına yazacaq sözsüz. Amma ey nadan insanlar, belə mübarizə olmur. Bu cür zəiflik nümayişini sabah mübarizə kimi qələmə vermək yenə də müxalifətin geri zəkalığından xəbər verəcək.
"MİLLİ ŞURA": "İKİNCİ "BİRİNCİ" NAMİZƏD"
Cəmil Həsənlini indi də ikinci "vahid namizəd" kimi təqdim edirlər. Ey nadan insanlar, vahid bir deməkdir. "İkinci-birinci namizəd" nə deməkdir axı? Bu, hansı məntiqə uyğundur? Gah "ehtiyat vahid namizəd" dedilər, gah da ikinci "vahid namizəd". Vallah, deyəsən, bunlar heç özləri nə Rüstəm İbrahimbəyovun, nə də Cəmil Həsənlinin hansı adla təqdim etdiklərini hələ ki, müəyyənləşdirməyiblər. Ya da bunlar sadəcə və sadəcə Azərbaycan dilinin normalarından bixəbərdirlər və ümumiyyətlə nəyin necə deyilməsindən bixəbərdirlər.
20 MİN ALIBLAR OYNAMAQLARINA BAX!
Hə Namazovçular deyilənə görə Rüstəm İbrahimbəyovdan 20 min alıblar. Bu pulu necə etsin ki, hə-yox eləsin? Çox düşünüb-daşınıb axırı mitinq təşkil ediblər. Mitinqə rus demişkən, "lozunqlar" nə bilim, bayraqlar alıblar. Bunların birin 20 manatdan alsalar da, haqq-hesabda biri 120 manat dəyərində göstərilib. Bu, sadəcə bizə məlum olan tərəfləridir. Allah bilir, o 20 minin başına daha hansı qaranlıq məqamlar gətirilib. Amma 100 % əmin olmaq mümkündür ki, 20 min israf olunub. Əks halda E.Namazov ötən gün "Ya İbrahimbəyov, ya İbrahimbəyov" dediyi halda, bu gün eyni sözləri C. Həsənli üçün söyləməzdi. Deməli, "Ya Rüstəm İbrahimbəyov, ya da Rüstəm İbrahimbəyov" deyəndə, ya o, 20 min manatı almamışdı, ya da almaq üzrə idi. İndi maddi vəsait ayırmaq növbəsi əlbəttə C.Həsənliyə çatıb. İndi də E.Namazov 20 minin həzmrabedən sonra onun üçün istənilən şüarlar səsləndirməyə demək olar ki, tam hazırdır.
Ülkər Musazadə