Müxalifətin özündən müştəbeh, özlərini hamıdan elmli və filosof hesab edən jurnalistlərinin yazılarından yəqin ki, xəbəriniz var. Evlərində ana laylasının belə heç vaxt səslənmədiyi bu insanlar din, Allah haqqında elə fərziyyələr yürüdürlər ki, insan sadəcə onların halına acıyır.
Biz bilirik ki, Müsavatda, "NİDA"-da, xüsusilə AXCP-də əksəriyyət dinsiz imansız sürü yığnağıdır. Hərəsi 5-10 dənə kitab oxuyub, Balzakdan, Nitşedən, Heynedən misallar gətirməyi çox xoşlayırlar. Çünki ateist ifadələr kənardan cazibədar görsənir və indi ateist olmaq özünü daha savadlı, fərqli göstərmək cəhdindən başqa bir şey deyil. Diqqət etsəniz, görərsiniz ki, bütün ateist ifadələr ilk oxunuşdan necə də cazibədar görsənir, amma içinə daxil olanda məntiqsizlikdən başqa heç nə görmürsən.
Elm bir stəkan sudur, bir qurtum içib atesit olursan. Amma düşünmürsən ki, stəkanın dibində Allah səni gözləyir. "Yeni Müsavat"ın köşə yazarı Zamin Hacı dini çox vaxt lağa qoyur, çapında olmayan məsələlər haqqında danışır. Təbii ki, din o qədər zəif bir şey deyil ki, Zamin Hacı kimi xamırı günahdan yoğrulanlar onu başa düşsün. Ömrü boyu ateist olub, sonda Allahın varlığını qəbul eləyən Eynşteynin ayaq tozu qədər biliyə, savada və şəxsiyyətə malik olmayanlar sadəcə öz fərziyyələri ilə ağacdan-ağaca tullanırlar. Görün, hansı vəziyyətdir ki, Zamin Hacı dindən danışır, o şəxs ki, onun islam haqqında xırda anlayışı belə yoxdur.
Əslində Zamin Hacının hazırkı durumu dini hədislərimizlə öz təsdiqini tapıb. Hərislik həyata keçməyəndə və ümid sonda daşa dəyəndə insan ya Allahsız olur, ya da dinə gəlir. Bu, bir faktdır. Necə ki, Zamin bu gündədir. Mənim belələrinə dindən dərs deyib Allahı tanıtmaq fikrim yoxdur. Sadəcə gərək özünü güldürməyəsən. Siyasətiniz bərbad, 20 ildir eyni şüar budaqlarında gəzişirsiz, nəticə isə yoxdur. İnsanların diqqətini apardığınız primitiv siyasətlə cəlb edə bilmədiniz, bir vətəndaş belə liderlərinizi tanımır. Heç olmasa, özünüzün kafir olduğunuzu dilə gətirib olan-qalan simanızı da ayaqaltı etməyin. İnanın ki, siz müxalifətçilərin çoxusu layiq olmadığı şeylərin arzusunda olub, bilmədiyiniz işlərin qulpundan yapışmısınız. Bəziləriniz ağıllı çıxıb tamadalığa başladı, yalan demirik. Gedin araşdırın, baxın. Bütün müxalifətçilər tamadalıqla məşğuldurlar. Bu təsadüfi də deyil. İcra başçısı arzusu ilə özünü və ailəsini zəlil edənləri Allah o vəziyyətə salır ki, axırda mikrofon götürüb bəy tərifi deyirlər.
Bir müsavatçı Sabir var, Səngəçal qəsəbəsində orta məktəbdə ədəbiyyat müəllimidir. Əvvəllər bütün günü Müsavatın qərargahında bit yığan bu adam indi səhərlər dərsdə, axşamlar toyda olub tamadalıq edir. Hər gün də 50 manat tamadalıqdan pul qazanır. Onun Müsavatda nə iti azıb ki?! Min il də orda can qoysa, İsa onun gününə 50 manat verməz. 15 ildir ali məktəbə sənəd verib daxil ola bilməyən, dili balağından uzun oğlunu da tamada edib ki, pul qazansın. Hələ təzə maşın da alıb. Şamaxıda, Saatlıda, Salyanda da belə müxalifəçilər var ki, tamadalıq edirlər. Amma belələri ən çox Bakı şəhərində kök salıblar. "Su axar çuxurunu tapar" məsəlini bu yerdə deyiblər.
Mitinqlərin birində Zamin Hacı ağzında siqaret özünü o günə qoymuşdu ki, "prostoy vətəndaş" onu lağa qoyurdu. "Fəvvarələr Meydanı"nda mağazaların qabağında pilləkəndə cırtqoz meymunlar kimi tullanırdı. Məscidin yanından keçəndə, ağzına gələni danışan bu adama məscid bildiklərinin yanında hər şey eləmək olar. Sözsüz ki, Zaminin uşağı deyir ki, atam işə gedib, neyləsin. Amma azacıq böyüyəndə, başa düşəcək ki, köhnə trolleybuslar kimi atasının təmirə ehtiyacı var.
Samir