Ermənistanın "Lragir" nəşri Serj Sarkisyanı təhqir edən məqalə dərc edib. Məqalə müəllifinin yazdığına görə, Rusiya prezidenti Vladimir Putinin Ermənistana gözlənilən səfərinin baş tutmadığı üçün S.Sarkisyanın özü Moskvaya səfər etmək qərarına gəlib. Qeyd edək ki, V.Putin sonuncu dəfə 2005-ci ildə, Robert Köçəryan prezident olduğu ildə Yerevana gəlmişdi. O vaxtdan isə Yerevanda vəziyyət daha da ağırlaşıb. Rusiyaya qarşı əhali arasında aqressiv münasibətdə sərtləşib. Bu baxımdan Putin Yerevanda ona sui- qəsd edilə biləcəyindən ehtiyat etdiyindən səfərini təxirə salmağa məcbur olub. Xatırladaq ki, bu ilin mayında Ermənistana Britaniya şahzadəsi Çarlz səfər etdiyi zaman əhali onu kütləvi etiraz aksiyası ilə qarşılamışdır. Söz yox ki, Putinin səfəri də eyni qarşılanma ilə təkrarlanacaqdı.
Görünən odur ki, Serj Sarkisyanın Moskva səfəri Rusiyadan "mədəni boşanma" səfəri mahiyyəti daşıyır. O, V.Putindən ümidsiz şəkildə olsa da var qüvvəsi ilə tutmağa çalışır. Rəsmi boşanma üçün isə siyahıya alma və əmlak bölgüsü etmək gərəkdir. Qeyd edək ki, Ermənistanın energetika naziri Armen Movsisyan bir neçə gün əvvəl bildirmişdi ki, Rusiya iyulda qaldırdığı təbii qazın qiymətlərinə görə, təzminat ayıracaq. Bu, o deməkdir ki, Ermənistan Armros-"Qazprom"a olan son 20%-ə Rusiyaya verməyə razılaşıb və indi Ermənistan təbii qazı İrandan idxal etsə də, Moskva qazı hansı qiymətə istehlakçılara satacağına tək özü qərar verəcək.
Rusiya və Ermənistanın daha ümumi olan nəyi var? Təhlükəsizlik sferası bu sıradadır. Hansını ki, Ermənistan hələ ki, "əmlak bölgüsün"də razılığa gəlməkdən çəkinir. Hələ Rusiyanın son zamanlar daha da artıq nəzərə yetirdiyi Dağlıq Qarabağ məsələsi də mövcuddur.
Ötən gün isə Qondarma Dağlıq Qarabaq rejimi "müstəqillik" gününü qeyd edib və istisna edilmir ki, rəsmi Moskva Ermənistana imperiyanı tərk etməkdən imtinasının əvəzində Qondarma Dağlıq Qarabaq Respublikasının tanınması kimi variant təklif ediləcək.
Ermənistanın "Lragir" nəşri qeyd edir ki, Moskvaya səfərdən sonra Ukraynanın baş naziri Azarov bildirib ki, Moskvada ona "alçaldıcı iqtisadi təklif" olunub. İstisna edilmir ki, səfərdən sonra Serj Sarkisyan həmçinin Dağlıq Qarabağ məsələsi ilə bağlı konkret tələb qoyacaq.
S.Sarkisyanın Rusiya səfəri Ermənistanın Qərbin təklifinə şübhə ilə yanaşmasının sübutudur. Amma S.Sarkisyan Qərbə istiqamətlənsə də, bilir ki, sonda yenə Rusiyaya arxalanmalı olacaq. Bu səbəbdən S.Sarkisyanın Moskva səfəri məhz Ermənistanı sığortalamaqdır. Eyni zamanda, Rusiyadan imtina etdiyini, el dili ilə desək, yumşaltmaqdır. Həm də, sınaq məqsədli səfərə Ermənistan prezidentinin Qarabağın işğalı nəticəsində yaranan iqtisadi-siyasi böhranı qismən də olsa aradan qaldırmaqdır. Amma ağır sosial- iqtisadi böhrandan çıxması Ermənistan üçün qeyri-mümkün görünür. Çünki, hakim rejimin işğalcılıq siyasəti və bunun fonunda ölkənin bütün resuslarının Sarkisyanın yaxınları tərəfindən mənimsənilməsi Ermənistanı dünya birliyindən təcrid edib.
Ülkər Səmədova