"Guya cəmiyyətdən böyük dəstək alacaq və öz konnektur maraqlarını məhz bu cür quracaqlar. Eyni zamanda havadarları qarşısında olan öhdəlikləri də yerinə yetirmiş olacaqlar. Bunlar seçki ili başlayan kimi özlərinə məxsus birlik və toplumlar yaradıb görüntü yaratmağa çalışan müxalifətin cəhdləridir. Amma bu baş vermədi və proseslər onların istəyinə uyğun təbii ki, cərəyan edə də bilməzdi"Bunu SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib: " Onlar "İctimai Palata" yaratmışdılar. İddia edirdilər ki, bu, sosial qrupların parlament funksiyasını yerinə yetirəcək. Lakin belə olmadı və anladılar ki, hardasa yenə səhv buraxıblar. Bir az öncə bu səhvlər müstəvisində "El" hərəkatı yaratdılar və düşünürdülər ki, adın mahiyyəti heç olmasa köməklərinə çatar. Yenə də mahiyyət dəyişmədi. Son olaraq isə guya, ümumi müxalifətin mənzərəsini ifadə edən qondarma Milli Şura yaratdılar. Hətta siyasətə heç dəxli olmayan bir şəxsi də bu işə qoşdular. Öz ənənəvi simalarını gizlətmək üçün, hətta onu vahid namizəd də elan etməkdən də utanmadılar. Ancaq bu dəfə də yanlışlığa yol verdiklərini anlamadılar. Məlum oldu ki, müxalifətin vahid namizəd kimi gördüyü şəxsin, ümumiyyətlə bu cəmiyyətə nə rəsmi, nə də ki, qeyri-rəsmi aidiyyatı yoxdur. Heç onun arxasınca Gürcüstana qədər elçi göndərsən belə, o, gəlməyəcək! Çarəsiz qalıb vahid namizədə oxşar, bir ehtiyat vahid namizəd elan etdilər. Bunu da təbii ki, daxili ziddiyyətlər və münaqişələr fonunda edəsi oldular. Bununla da yeni bir daxili problemə zəmin yaratdılar".Aydın Hüseynov əlavə edib ki, indiki halda müxalifət düşərgəsində yaranmış oyuncaq birliklər və onların başında dayanan şəxslərin bir-birinin ünvanına səsləndirdikləri ifadələr "EI" hərəkatı ilə "Milli Şura" arasında yaranan ziddiyyətlər, "ACP"-nin və KXCP-nin narazı qalması üçün atılan addımlar qarşıdakı böyük münaqişələrin ilkin işartılarıdır.
sia.az