"Milli Şura"nın "vahid namizədi" haqqında irəli sürülən kəskin ittihamlar öz təsdiqini tapmaqdadır
"Milli Şura"nın dublyor "vahid namizədi" seçilmiş Cəmil Həsənliyə qarşı düşərgənin digər cinahında fəaliyyət göstərən müxalifət yetkililərinin irəli sürdükləri ittihamları öz təsdiqini tapmaqdadır. Belə ki, qurumun öncəki uğursuz "vahid namizədi" Rüstəm İbrahimbəyovun kənarda qalmasından sonra onu maliyyələşdirən qaranlıq siyasi dairələrin başqaları ilə əvəzlənməsi bir daha təsdiq edir ki, "Milli Şura" ümumiyyətlə sərbəst fəaliyyət göstərən qurum deyil bə bu qurumu idarə edənlər təsis olunduğu gündən mövcuddur. Bu baxımdan, həm də belə qənaəyə gəlmək mümkündür ki, "şura"nın ən adi toplantısı belə müxtəlif tövsiyyələr və təlimatlar əsasında keçirilir. Buna misal olaraq "Milli Şura" təmsilçilərinin Şimaldan Qərbə doğru istiqamət almalarını, məlum London səfərini də göstərmək mümkündür.
VİP sədri Əli Əliyev: "Rusiya çətiri götürüldükdən sonra, "Milli Şura" siyasi libasını təmizləməklə məşğuldur"
Bu arada Vətəndaş və İnkişaf Parftiyasının (VİP) sədri Əli Əliyev ilginc ittihamlarla çıxış edib. Müxalifət partiyasının sədri mətbuata verdiyi açıqlamalarının birində faktlara əsaslanan fikirlərini bölüşərkən qeyd edib ki, "Milli Şura" hazırda libasını dəyişməklə məşğuldur: "Rusiya çətiri götürüldükdən sonra, "Milli Şura" siyasi libasını təmizləməklə məşğuldur. Ola bilər onlar indi anlayıblar ki, ölkədə hər şey bu seçki ilə bitmir. Cəmil Həsənlinin yeni namizəd kimi müəyyənləşdirilməsi də "Milli Şura"dakı partiyaların növbəti dönəm üçün siyasi imiclərini qorumaq cəhdləridir.
VİP sədri burada bir neçə məqama toxunub. Birinci məqam budur ki, Ə.Əliyev Rusiya çətiri deyərkən qurumun ilk vaxtlarda Şimalın qaranlıq siyasi dairələrindən aldığı tapşırıqlar əsasında fəaliyyət göstərdiyinə işarə edib. Xatırladaq ki, Rüstəm İbrahimbəyov amili mövcud olarkən, "Milli Şura" "Milyarderlər İttifaqı" ilə sıx təmaslarda olurdu. Həmin vaxtlarda "EL" hərəkatının sədri Eldar Namazov mütəmadi olaraq Rusiyaya səfərlər edir, maliyyə və təlimatlar ilə geri qayıdırdı. Lakin müəyyən dövrdən sonra, yəni İbrahimbəyovun ikili vətəndaşlıq problemi elə problem kimi qaldıqdan sonra Şimal faktoru tədricən aradan qalxmağa başladı. Nəticədə İbrahimbəyovu Həsənli əvəzlədi ki, bu da qurumun Qərbə doğru yönəlməsini sürətləndirdi. Çünki Cəmil Həsənli məhz AXCP və Müsavat partiyaları ilə ən çox təmasda olan fərd kimi tanınır. Bu partiyalar isə həqiqətdə siyasi uğur qazanmaq haqqında deyil, sadəcə siyasi gündəmdə qalmağı, xarici təşkilatlardan maksimum qazanc əldə etməyi düşünürlər. Ona görə də VİP sədri ittihamlarını tamamilə düzgün yerə vurub.
ADP sədri Sərdar Cəlaloğlu: "Milli Şura" layihəsi hazırda daha çox İsa Qəmbərə və Əli Kərimliyə sərf edir"
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da bir neçə maraqlı nüanslara toxunaraq bildirib ki, "Milli Şura" layihəsi hazırda daha çox İsa Qəmbərə və Əli Kərimliyə sərf edir. Belə ki, bu gün adıçəkilən qurumu tərk edənlər də yaxşı bilirlər ki, İbrahimbəyovdan sonra "şura" eynilə "İctimai Palata"da olduğu kimi məhz Müsavat-AXCP cütlüyünün monopoliyasına keçib. Məsələn, ACP,-nin, ALP-nin, "EL"-in, KXCP-nin müəyyən məqamlarda "Milli Şura"nın qərarları ilə razılaşmamaları, daha çox etirazçı mövqedə dayanmaları vurğulanan fikirləri kifayət qədər təsdiq etmiş olur.
ADP sədri bununla bağlı deyib ki, Rüstəm İbrahimbəyovun dublyoru vəzifəsini icra edən Cəmil Həsənli əslində "birləşmiş müxalifət"in deyil, "Milli Şura"nın, ən doğrusu isə Müsavat və AXCP-nin namizədidir: "Çünki KXCP, ALP,ACP, "EL" hərəkatı Cəmil Həsənlini müdafiə etmirlər. Bu, o deməkdir ki, "Milli Şura" elə həmin "İctimai Palata"dır."
Göründüyü kimi, "Milli Şura"nın libasdəyişmə və bunun nəticəsində inhisarçı, avtoritar və şəxsiləşdirilmiş quruma çevrillməsi onun ayaqda qala bilməsi faktorunu məhdudlaşdırıb. Bu amil isə qurumun seçkilər ərəfəsi imicini formalaşdırmamaqla yanaşı, həm də azsaylı elektoratı qarşısındakı rüsvayçı məğlubiyyətini şərtləndirir.
Rövşən RƏSULOV