PDF Oxu

Müxalifət

  • 16

Əflan İbrahimov: “Mitinqə adam gətirməyimə görə hər kəs kimi mənə də pul vermişdilər”

Əflan İbrahimov: “Mitinqə adam gətirməyimə görə hər kəs kimi mənə də pul vermişdilər”

"Milli Şura"nın 18 iyuldakı mitinqində iştirak etməyimə və oraya avtobusla adam gətirməyimə görə hər kəs kimi mənə də 200 manat pul vermişdilər". SƏS TV-yə müsahibəsində "El" hərəkatının lideri Əflan İbrahimov belə deyib. Onun sözlərinə görə, mitinqə gələnlərə pulu Köçəri Nağıbəyli paylayırdı.

"Milli Şura"nın ölkədə iğtişaşlar yaradacağı ilə bağlı Respublika Prokurorluğuna müraciət etmədiyini söyləyən Əflan İbrahimov bildirib ki, sözügedən mövzu ilə bağlı bəyanatından sonra prokurorluq ona müraciət edib və onda bununla bağlı faktın olub-olmaması soruşulub: "Mən isə yetərli qədər faktın olduğunu söylədim".

Əflan İbrahimov "Milli Şura" tərəfindən ölkədə törədilməsi planlaşdırılan iğtişaşların "Soros" Fondu tərəfindən maliyyələşəcəyini də vurğulayıb.

Onun sözlərinə görə, "Milli Şura"da ciddi parçalanma gedir və bu onların süqutu və çöküşü kimi qiymətləndirilir: "Son vaxtlar "Milli Şura"nın sıralarını tərk edənlərin sayı çoxalıb. Eyni zamanda bütün qalmaqallar və "qığılcımlar" Əli Kərimlinin başının altından çıxır və o, "Milli Şura"da katalizator rolunu oynayır. "Milli Şura" Xalq Cəbhəsi Partiyasının restavrasiya olunmuş formasıdır".

sia.az

Digər xəbərlər