PDF Oxu

Müxalifət

  • 13

Müxalifət növbəti dəfə cavabını aldı

Müxalifət növbəti dəfə cavabını aldı

Müxalifət liderləri, eləcə də onların havadarları süni şəkildə qabartdıqları məsələlərin cavablarını fkatlarla alsalar da, öz çirkin niyyətlərdindən əl çəkməyiblər. Azərbaycanda bir şəxsin üçüncü dəfə prezident seçilməsi ilə bağlı müxalifətin və onların xarici havadarlarının əsassız iddiaları da istər yerli, istərsə də xarici ekspertlər tərəfindən cavabsız qalmayıb.

Belə ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqqları Bürosunun rəhbəri Janez Lenarçiç "Azadlıq" radiosunun suallarını cavablandırıb. O bildirib ki, dövlət, yaxud hökumət başçılarının vəzifədə qalmasına dair ATƏT öhdəliklərində məhdudiyyət yoxdur: "ATƏT-in bəzi üzv ölkələri belə məhdudiyyət tətbiq edib, bəziləri yox. Bu, konkret ölkənin hüquq çərçivəsindən asılıdır və qərarı hər bir dövlətin özü, əsil demokratik və inklüziv proses vasitəsilə qəbul edir."

Tutarlı cavab müxalifətin bütün iddialarını alt-üst edir. Birincisi, beynəlxalq qanunvericilik bir nəfərin bir neçə dəfə prezident seçilməsinə məhdudiyyət qoymur. İkincisi, ATƏT məkanında əksər ölkələrdə məhdudiyyət yoxdur. Üçüncüsü, bir nəfərin bir neçə dəfə prezident seçilməsi məsələsi milli qanunvericilik çərçivəsində həll olunan məsələdir. Görünür, bu məsələ cılız və cığal müxalifətdən, bir də onun xarici havadarlarının başqa heç kimi narahat etmir.

Samir

Digər xəbərlər