PDF Oxu

Müxalifət

  • 5

DİALOQ VƏ TƏLİMATI AYIRA BİLMƏYƏNLƏR KİMLƏRDİR?

DİALOQ VƏ TƏLİMATI AYIRA BİLMƏYƏNLƏR KİMLƏRDİR?

"Milli Şura"nın üzvü "Turan" İA-nın direktoru Mehman Əliyev ABŞ dövlət katibinin müavini Tomas Melianın Azərbaycana səfərinin təxirə salınmasını guya Azərbaycan tərəfinin hansısa vədlər verməsi və bir sıra tədbirlər həyata keçirəcəyi ilə əlaqələndirib.

Görünür, M. Əliyevin fikri özünə və hərəyə bir vəd verən müxalifsayağı düşünən müxalifətə və "Milli Şura"ya gedib. Bu nadan insanlar elə düşünür ki, sanki konstitusiyalı və demokratik dövlət quruculuğuna malik bir dövlət və onun rəhbərliyi hansısa səfirlikdən və ya xaricdən gələn təlimatlar əsasında fəaliyyət göstərməlidir. Acınacaqlısı isə odur ki, Fuad Qəhrəmanlı kimi qul təfəkkürü ilə yaşayan və öz gözlərində tiri görməyib başqasının gözündə çöp axtaran insanlarda, dialoq və təlimat arasında fərqi görmürlər. ABŞ Azərbaycanla Tomas Melia vasitəsi ilə dioloq aparırdı ki, onun Azərbaycana səfərinin təxirə düşməsini də dialoqdan imtina kimi qələmə vermək mümkün olsun? Bəs bu ölkənin Azərbaycandakı səfirliyi nə üçündür? ABŞ-ın digər rəsmi şəxslərinin Azərbaycana gəlməsi, bir müddət öncə Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin ABŞ-a səfəri, Vaşinqtonun ATƏT MQ-yə nümayəndəsini təyin etməsi və ABŞ prezidenti Barak Obamanın Azərbaycan Prezidenti İlham Əliyevə məktubuna nə deyə bilərsiniz?

Bütün bunlara cavab olaraq, sizə heç bir söz deməyə ehtiyac qalmır. Sadəcə, oxumağı bacarırsınızsa oxuyun və söylədiyiniz fikirlərin nə qədər absurd olduğunun əyani şahidi olun. Belə ki, ABŞ-ın Oklahoma Ştatı Azərbaycanla tərəfdaşlığı barədə bəyanat yayıb və bildirib ki, Azərbaycan ABŞ-ın etibarlı tərəfdaşıdır.

ABŞ-ın Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində Oklahoma Milli Qvardiyası 2003-cü ildən Azərbaycanın tərəfdaşıdır və bu münasibətlərin 10-cu ildönümü münasibətilə Oklahoma Ştatının Qubernatoru Meri Folin ştat Senatının prezidenti Brayan Binqman və Senatın üzvü Tom Ayvesterin imzası ilə bəyanat yayılıb.

Bəyanatda Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində Oklahoma Milli Qvardiyasının Azərbaycan hərbi qüvvələri ilə məhsuldar və çoxşaxəli əməkdaşlığı təqdir edilir və 10 il ərzində 190-dan artıq mübadilə layihəsinin gerçəkləşdirildiyi xatırladılır. Bəyanat müəllifləri bir daha Azərbaycanın ABŞ-ın etibarlı tərəfdaşı olduğunu və ölkəmizin hazırda Əfqanıstanda, daha öncə isə İraq və Balkanlarda beynəlxalq əməliyyatlara dəstək verdiyini vurğulayırlar. Onlar həmçinin ölkəmizin qlobal və Avropa miqyasında enerji təhlükəsizliyinə yetirdiyi töhfəni qiymətləndirir və bu sahədə ABŞ-ın Azərbaycana verdiyi dəstəyi qeyd edirlər.

Bu da, ABŞ və Azərbaycan arasındakı daim möhkəmlənən münasibətin nümunəsi. Kim bu miqyasda olan sıx əməkdaşlığı və beynəlxalq inkişafı görmürsə, bu, onun nə qədər informasiyaya malik olmasından irəli gəlir.

Ülkər Musazadə

Digər xəbərlər