PDF Oxu

Müxalifət

  • 7

"Milli Şura" yalançıların toplandığı qurumdur

"Milli Şura" yalançıların toplandığı qurumdur

Qondarma qurum olan "Milli Şura"nın qondarma namizədi Cəmil Həsənli əlinə yekə bir dəftər alıb gedib Lalə Hacıyeva ilə Sülhəddin Əkbərin görüşünə. Görüşdən sonra ALP sədri Əvəz Temirxan bildirib ki, L.Hacıyeva C.Həsənlini dəstəkləyir. Bu bəyanatdan sonra bir daha məlum oldu ki, Ə.Temirxanla L.Hacıyeva yalançının böyükləri imişlər. Çünki necə olur axı, iki gün öncə L.Hacıyeva qəzəbli şəkildə bəyanat verir ki, "Milli Şura"nı tərk edir və orada təmsil olunan adamlarla işləmək istəmir. Axı L.Hacıyeva özü deyirdi ki, "Milli Şura"da təmsil olunan adamlarla işləmək qəti şəkildə mümkün deyil.

Rəsul Quliyev də yalançıdır

Rəsul Quliyevin də bir daha yalançı olması özünün verdiyi bəyanatlar və söylədiyi fikirlərlə sübut olundu. Çünki R.Quliyev hazırda C.Həsənlinin namizədliyini dəstəkləməsi ilə bağlı fikirlər səsləndirib. Hansı ki, bu, o Rəsul Quliyevdir ki, avqustun 26-da açıqlama vermişdi ki, C.Həsənli seçkilərdə heç bir faiz də səs toplaya bilməyəcək. Öz dediklərindən xəbəri olmayan bu insan bir daha özünü gülünc vəziyyətə saldı.

Ümumiyyətlə, qeyd edək ki, "Milli Şura" üzvlərinin hamısı çaş-baş qalıb. Onların dediklərinin heç biri reallığa uyğun gəlmir və onların bütün davranışları etikadan kənardır. Belə insanların seçkilərə qatılması kökündən səhv bir addımdır ki, belə yanlış addımlar təbii ki, dağıdıcı müxalifətin adət etdiyi haldır. Sonda qeyd edək ki, onsuz da özləri də yaxşı bilirlər ki, seçkidə hər zaman olduğu kimi bu dəfə də heç bir uğur qazanmayacaqlar.

Cahid Süleymanov

Digər xəbərlər