"Cəmil Həsənlini prezidentliyə namizəd kimi yox, sadəcə alim, publisist insan kimi dəyərləndiriəm". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.Komitə sədri müxalifətin aydın plan və prqoqramlarının olmadığını qeyd edib: "Açığı onların ideyalarında, təsəvvür etdikləri istiqamətdə real olan nə bir plan, nə də həmin planların icrası üçün addım görmürəm. Odur ki, müxalifət və iqtidarın irəli sürdüyü namizəd arasındakı fərq müqayisə olunmayacaq dərəcədə böyükdür. Özünüz də görürsünüz ki, cənab Prezident nə qədər açılışlarda iştirak edir. Bütün bunlar böyük siyasətin uğurudur. Azərbaycanın inkişafını heç kim inkar edə bilməz".
sia.az