PDF Oxu

Müxalifət

  • 14

Cəmil Həsənli yararsızdır

Cəmil Həsənli yararsızdır

Həkim-ekspert: "O xəstəliklə hansısa bir şəxsin yüksək vəzifələrdə işləməsi yolverilməzdir"

"Milli Şura"nın "vahid namizədi" Cəmil Həsənlinin III qrup əlil kimi ciddi əmək fəaliyyəti ilə məşğul ola bilməməsi məsələsinə həkim-mütəxəssislər tərəfindən aydınlıq gətirilib. Həkimlərin keçirdiyi brifinqdə həkim-ekspert Fəxrəddin Abbasov qeyd edib ki, hər bir insanın əmək fəaliyyəti onun sağlamlıq durumu ilə əlaqədardır: "III qrup əlillik dərəcəsi olan insan əmək qabiliyyətli olur, lakin öz peşə sahəsində həmin fəaliyyəti yerinə yetirə bilmir. Həmin insan yüngülləşdirilmiş əmək qabiliyyətli olur və yalnız yüngülləşdirilmiş işdə işləməlidir". Həkim-ekspert F.Abbasovun sözlərinə görə, C.Həsənlinin gözündə yaranmış problem diabetik angiopatiya ilə əlaqədardır ki, bu da onun görmə qabiliyyətini zəiflədib və ona III qrup əlillik dərəcəsi verilib: "Belə olduğu halda, onun öz ixtisası üzrə belə işləmək qabiliyyəti mümkün deyil. O, yalnız yüngülləşdirilmiş əmək qabiliyyətli şəxs sayıla bilər". F.Abbasov onu da bildirib ki, III qrup əlillik dərəcəsi olan şəxs birmənalı olaraq hərbi xidmətə yararsızdır.

Göz həkimi Qurban İsmayılov bildirib ki, III qrup əlillik dərəcəsi o şəxslərə verilir ki, onların gözünün birinin görmə itililiyi ya tam yoxdur, ya da 0,04-dən aşağıdır, görmə sahəsi isə 20 dərəcədən aşağıdır: "Bu insanlar görmənin aktiv iştirak etdiyi işlərdə çalışa bilməzlər".

III qrup əlillik insanı öz peşə fəaliyyətinə yararsız etdiyini bildirən həkim-mütəxəssis Ceyhun Allahverdiyev bildirib ki, aşağı ixtisas dərəcəsi ilə digər peşə sahələrində fəaliyyətini davam etdirə bilər. Amma yüksək vəzifələrdə işləməsi yolverilməzdir.

Göründüyü kimi, mütəxəssislər də Cəmil Həsənlinin "xəstəliyi" barədə danışaraq onu ifşa etdilər. Bir daha hər kəs, cəmiyyət başa düşdü ki, hər iki halda bu insan günahkardır.Öz gözündə tiri görməyib, başqasının gözündə qıl axtaran C.Həsənli həkimlərin rəylərini danıb inkar edə bilməz. Çünki bu boyda həqiqəti danmaq üçün ya son dərəcə fırıldaqçı, ya da əsil nankor olmalısan. Qeyd edək ki, C.Həsənli 2011-ci ilin 6-cı ayından etibarən saxta yollarla III qrup əlillik dərəcəsi alıb və hər ay dövlət büdcəsindən 2002 manat pensiya alır.

Samir

Digər xəbərlər