PDF Oxu

Müxalifət

  • 11

Cəmil Həsənlinin teledebatda söylədiyi fikirlərə hüquqi qiymət verildi

Cəmil Həsənlinin teledebatda söylədiyi fikirlərə hüquqi qiymət verildi

"Milli Şura"nın namizədi Cəmil Həsənlinin İctimai Televiziyanın (İTV) efirində gedən teledebatlar zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Onun ailə üzvlərinə qarşı səsləndirdiyi ittihamlara hüquqi qiymət verilib.

Məhz bu məsələ ilə bağlı hüquqşünaslar brifinq keçiriblər. Hüquq üzrə fəlsəfə doktoru Fuad Məhərrəmov qeyd edib ki, C.Həsənli sentaybrın 19-da ikinci teledebat zamanı Azərbaycan xalqına və tamaşaçılarına yaraşmayan bir çox ifadələr işlədərək, Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına, onun şərəf və ləyaqətinə toxunan bir çox ifadələrdən açıq-aşkar istifadə etdi:"Cəmil Həsənli yaddan çıxartdı ki, namizədliyi qeydə alınmış İlham Əliyev hazırda Azərbaycan Respublikasının Prezidentidir və Azərbaycan Konstitusiyasına müvafiq olaraq Azərbaycan Prezidentinin şərəf və ləyaqəti qanunla müdafiə olunur".

Konstitusiyanın 63-cü maddəsinə əsasən, məhkəmənin hökmü olmadan kimsənin cinayətdə təqsirli sayıla bilmədiyini, ona qarşı cinayət tərkibli ittihamların səsləndirildiyinin heç bir əsasının olmadığını bildirən F.Məhərrəmov əlavə edib ki, Azərbaycan Respublikasının Prezidentinə yönəldilən bu ittihamların hər hansı biri hüquqi qiymət almayıbsa, deyilən ittihamlar, sadəcə, şərəf və ləyaqətin birbaşa olaraq alçaldılmasına, təhqir və böhtanlara yol açmış olur: "Azərbaycan Konstitusiyasında şəxsi həyatın toxunulmazlığı deyilən bir norma var. Bu da onu bildirir ki, hər hansı şəxsin icazəsi olmadan onun həyatı haqqında məlumatın toplanması qanunvericilik tərəfindən birbaşa qadağan olunur. Ancaq Cəmil Həsənli teledebatda əlində olan kağızları bir maddi sübut olaraq göstərir ki, o, uzun müddətdir Prezidentin həyatı haqqında məlumatlar toplayır".

Hüquq elmləri doktoru F.Məhərrəmov Azərbaycan Cinayət Məcəlləsinin 147-ci maddəsini (böhtan) xatırladıb: "Həmin maddədə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı bir şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların kütləvi çıxışlarda yayılmasından bəhs edir. Teledebatlar ictimai və kütləvi yayım adlana bilər ki, bu da öz növbəsində qanun pozuntusuna yol açır."

Hüquq elmləri doktoru C.Həsənlinin bütün qeyd olunanlarla bağlı cinayət məsuliyyətinə cəlb olunması məsələsinə münasibət bildirərkən deyib ki, C.Həsənlinin səsləndirdiyi ittihamların sübutu yoxdursa, Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən onun cinayət məsuliyyətinə cəlb edilməsi mümkündür.

Daha sonra hüquq elmləri doktoru, professor Mayis Əliyev C.Həsənlinin III qrup əlil olmasının onun prezident vəzifəsinə uyğunluğuna hüquqi münasibət bildirib. Professor qeyd edib ki, Əmək Məcəlləsində əlil olan insanlar üçün güzəştli iş şəraiti nəzərdə tutulur: "Yəni əlil insanların iş saatı az olur, gərgin işlərdə çalışmalarına icazə verilmir. Lakin III qrup əlilliyi olan bir şəxsin Prezident və Ali Baş Komandan kimi gərgin iş rejimli vəzifədə çalışması qanunauyğun deyil. Mərkəzi Seçki Komissiyası Cəmil Həsənlinin III dərəcəli əlilliyi ilə bağlı məsələni araşdırmalı və öz sözünü deməlidir.

Samir

Digər xəbərlər