PDF Oxu

Müxalifət

  • 9

RƏSUL QULİYEV QOVULDUĞU "MİLLİ ŞURA"YA TÜPÜRDÜ

RƏSUL QULİYEV QOVULDUĞU "MİLLİ ŞURA"YA TÜPÜRDÜ

"ACP" lideri Rəsul Quliyev qovulduğu "Milli Şura"nı təhqir etməkdə davam edir. Ötən gün ACP lideri özü də içində olmaqla müxalifətə tüpürüb və bundan sonra onlarla əməkdaşlıq etməyəcəyini bildirib. "Bu siyasətçilər 2003-cü ildən çıxıb getməliydilər"- deyə o, səslənib.

Uzun illərdir Amerikada mühacirətdə yaşayan Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev müxalifətin seçkilərdən sonrakı durumunu şərh edərkən açıb sandığı, töküb pambığı. Təmsil olunduğu düşərgənin prezident seçkilərində böyük ehtimalla məğlub olacağını proqnozlaşdıran R.Quliyev 9 oktyabrdan sonra müxalifət funksionerlərinin bir çoxlarının istefaya getmələrinin önəmindən danışıb. R.Quliyev bildirib ki, müxalifət liderləri məğlubiyyətə görə hələ 2003-cü ildə istefa verməli idilər, amma vermədilər: "Bu proseslərə rəhbərlik edən partiya liderlərinin məğlubiyyətdən sonra istefa verib-verməyəcəklərini deyə bilmərəm. Çünki məqlubiyyətə görə istefa vermə ənənəsi yaşasaydı, onlar 2003-cü ildən çıxıb getməliydilər və praktiki olaraq bu gün meydandakı siyasətçilərin heç biri ortalıqda olmamalı idi".

Lakin bu, özünü çoxbilmiş hesab edən virtual xəstəliyə düçar olmuş R.Quliyev seçkilərdən sonra da özünün siyasi fəaliyyətini davam etdirəcəyini deyib: "Mənə gəldikdə isə vəziyyət bir qədər fərqlidir. Çünki mən İsa Qəmbərdən, Əli Kərimlidən az ləkəliyəm. Ona görə də, mənim mübarizəm də davam edəcək. Sözsüz, bu seçkilərdən sonra klassik mübarizə konsepsiyasında köklü dəyişiklik edəcəyəm".

"Dəlidən doğru xəbər" misalı bax buna deyərlər! Belə ki, R.Quliyevin sözlərinə görə, müxalifətin seçkilərdə məğlub olma səbəbi elə müxalifətin özüdür: "Hakimiyyət qalib gəlib. Hakimiyyət indi yox, 2013-cü ilin əvvəlindən addımbaaddım öz qələbəsinə yaxınlaşdırdı". Bu da "Milli Şura"sıralarına virtual dərs keçən mühacirin xatirələr silsiləsindən fikirlər.

Ülkər Musazadə

Digər xəbərlər