"Milli Şura"nın namizədi deyilən Cəmil Həsənlinin vallah-billah lap huşi başından çıxıb. Hansı səmtə, hansı yana gedəcəyini, hansı yönü tutacağını türklər demişkən şaşırıb. Azərbaycana təşrif buyuran beynəlxalq təşkilat nümayəndələrini bəyənməyən "Milli Şura"nın "vahid namizədi" onlarla bağlı ağlına deyil, ağzına gələni danışır. Amma bəyənmədiyi bu xaricilərlə C.Həsənli bardaş qurub, uzun uzadlı söhbətlər aparıb. Ötən gün C.Həsənli "European Strategic İntelligence and Security Center" təşkilatının prezidenti Klaude Muniqedlə də görüşüb. Görüşdə seçkiöncəsi vəziyyət, seçki müşahidəsi ilə bağlı məsələlər müzakirə edilib.
C.Həsənlinin və ona züy tutanların iddialarına görə, bir çox mənbələrdən hakimiyyətə yaxınlığı ilə seçilən "European Strategic İntelligence and Security Center" təşkilatı bu yaxınlarda iqtidarın siyasətini tərifləyən hesabatla çıxış etmişdi. Maraqlıdır, görəsən, C.Həsənli ilə görüşdə Klaude Muniqed verdiyi suallarla hakimiyyətlə ciddi əlaqədə olduğunu büruzə verməkdən çəkinmədiyi ilə seçilsə də, söhbət əsnasında həm də ATƏT-in müşahidə missiyasının aralıq hesabatına qarşı bu tipli təşkilatların köməyi ilə iş aparılması nəzərdə tutulubmu? Qeyd edək ki, sözügedən təşkilatın ATƏT-in müşahidə missiyasına heç bir aidiyyatı yoxdur. Burada sual meydana çıxır: görəsən, görüş zamanı Cəmil Həsənli bu təşkilatdan öz pensiyasını düzətdirdiyi kimi saxtalaşdırma-filan təklif edibmi?
"MİLLİ ŞURA"NIN SAXTAKARLIQ ÜMİDLƏRİ PUÇ OLDU
Müxalifət liderləri illərdir mövqe uğrunda müxtəlif vasitə və üsüllardan istifadə etməklə bir-birinə qarşı mübarizə aparırlar. Özləri verdikləri böş vədlərə özləri də inanmadıqları halda, xalqı inandırmağa çalışırlar. Sonra da məğlub olduqları zaman, seçkilərin saxtakarlaşdırıldığını deyirlər. Bu, onlar üçün artıq yanıltmaca çevrilib. Çünki başqa heç nə bilmirlər. Azərbaycanda demokratik seçkilərin keçilməsi üçün hər cür şərait yaradılıb. Seçki prosesi və gedişatının izlənilməsi üçün 30 min yerli və xarici müşahidəci qeydiyyatdan kecib. Artıq müşahidəcilər aparılan seçkiqabağı kampaniyanı izləməkdədirlər. Bununla yanaşı, seçkilərin şəffaflığının təmin olunmasını müşahidə etmək üçün "Arthur J.Finkelstein and Associates" şirkəti tərəfindən "exit-poll" təşkil olunur. Lakin "Milli Şura" və ümumilikdə müxalif qüvvələr "Arthur J.Finkelstein and Associates" şirkətinin "exit-poll" vasitəsi ilə keçirdiyi sorğuları obyektiv saymayacaqlarını və onun keçirəcəyi "exit-poll"un nəticələrini də tanımayacaqlarını indidən bildirilər.
Amma xatırladaq ki, "Arthur J.Finkelstein and Associates" şirkəti bir çox dövlətlərdə keçirilən seçkiləri "exit-poll" vasitəsi ilə izləyib və sonda öz qərarını bildirərək, ölkədaxili sabitliyin qorunmasında yardımcı rolunu oynayıb. FEK görəsən hansı xüsusiyyətinə görə, "Milli Şura"nı qane etmir? Çox güman ki, təxribat və fırıldaqlarından əl çəkməli olduqlaını anladıqlarından, böyük təcrübəyə malik FEK-in iş prinsipini və bu müxalifətin planlarını alt-üst edəcəklərini anladıqları üçün, guya ki, heç bir qanuni əsası olmayan bir qurumun saxta sənədləri var və bu sənədlərdə sözü gedən təşkilatın qəbul etmədiklərini açıqlayırlar. Hə, nə deyirəm, bir bu sənədə nəzər salaq. Görək ki, özləri və əməlləri kimi saxta və əhəmiyyət kəsb etməyən sənədlərində nə yazılıb...
Sənəddə bildirlir ki, Azərbaycanın prezident seçkilərində "exit-poll" keçirməyə hazırlaşan AJF şirkəti sentyabrın 24-də seçkidən öncə apardığı sorğunun nəticələrini açıqlayıb və sorğunun nəticəsinə əsasən böyük faizlə İlham Əliyevin seçilmə şansının çox olması qeyd olunub. Əlbəttə, bu fikirlər müxalif qüvvələrin xoşuna gəlməyir. Çünki türk demişkən, işlərinə yaramır. Əgər bir xarici təşkilatın nümayəndələri tərəfindən aparılan "ABŞ şirkətinin Şimali Koreya və Belarus üslubunda gördüyü bu işin nəticəsi sorğunun və gələcək "exit-poll"un əsil niyyətini ortaya qoyur..." Yoxlamalar nəticəsində seçki prosesi zamanı bu açıqlamanı verirsə, sabah bu qoca firildaqçılar qurumunun "saxtakarlıq" nağılını kimsə dinləməyəcək. Bunu onlar çox yaxşı bilir. Ötən sayımızda "Milli Şura" daxilindəki çəkişmələdən və didişmələri Rəsul Quliyevin telefon danışığı misalında izah etmişdik. Bunların hər hansı biri lap prezident seçilərsə də, onlar öz fırıldaqlarını həyata keçirəcəklərinə heç şübhəniz olmasın. Çünki onların amalı və məqsədi 2 amildən asılıdır: 1. Pul və 2. Kürsü. Vəssəlam... şüttamam!
Ülkər Musazadə