Cəmil Həsənli İTV-nin namizədlər üçün vaxt ayrıdığı 6 dəqiqəlik efirdən sui-istifadə edərək Azərbaycan dövlətçiliyinə böhtan atmaqla məşğuldur. Elə bir sahə yoxdur ki, C.Həsənli həmin sahəni tənqid edib saxta ittihamlar səsləndirməsin. Hökumətin təhsil və səhiyyə sistemini mənasız ittihamlarla tənqid edən bu adama sadəcə tarixi xatırladacağıq. Elə bir tarixi ki, bu, bir faktdır. C.Həsənlinin öz dilindən Azərbaycanın təhsil və səhiyyə sahəsindəki qazandığı uğurları, eləcə də hökumətin apardığı siyasətin doğruluğunu eşitmək istəyirsinizsə, you.com-a "Cəmil Həsənli təhsil siyasətini necə təriflədi" yazıb qulaq asa bilərsiz. Ya da C.Həsənlinin 2010-cu ildə deputat ikən söylədiyi nitqin stenoqramını aşağıda oxuya bilərsiz.
C.Həsənli 2010-cu ildə Milli Məclisin 12.10.2010 tarixli iclasında çıxış edərək, millət vəkili kimi büdcə layihəsinə münasibət bildirir. Layihənin çox peşəkarcasına hazırlandığını deyən C.Həsənli birbaşa təhsil sahəsindəki uğurlardan danışır: "Son bir neçə ildə büdcə vəsaiti və qeyri-büdcə vəsaiti hesabına Azərbaycan məktəblərinin maddi-texniki bazalarının təkmilləşdirilməsi, məktəb binalarının yenidən tikilməsi istiqamətində çox böyük uğurlar əldə edilib. Azərbaycanın məktəb fondunun 40 faizi yeniləşib ki, bu da son dərəcə müsbət bir hadisədir. Təhsil Nazirliyi tərəfindən uzaq dağ kəndlərinə müəllimlərin xüsusi şərtlərlə göndərilməsi istiqamətində büdcə vəsaitindən səmərəli istifadə edir. Ümid edirəm ki, təhsil sisteminin, xüsusilə orta məktəb sisteminin qaldırılması istiqamətində Təhsil Nazirliyinin götürdüyü xəttdir və bu, özünü doğruldacaqdır."
Baxın, üstündən cəmi 3 il keçib, elə də böyük vaxt deyil. C.Həsənlinin həmin vaxt 59 yaşı var idi, o vaxt da professor idi, saçı da belə ağappaq idi, yəni yaşının ahıl çağı idi. Daha uşaq deyildi, deyək ki, "o vaxt uşaq olub, bilməyib deyib." Bu, sadəcə ikiüzlülüyün, əqidəsizliyin ən bariz nümunəsidir. C.Həsənli bu gün isə İTV-də, eləcə də kütləvi informasiya vasitələrində Azərbaycanın təhsil siyasətini saxta ittihamlarla tənqid edir. Əslində, C.Həsənli bununla öz ikiüzlülüyünü sübut eləmiş olur, bir daha təsdiq edir ki, deputat mandatı onun əqidəsini məftil kimi əyməyə qadirdir. Başqa bir fakta keçək.
"SƏS" qəzetində 2008-ci il fevral ayının 7-də ("SƏS" qəzeti, N 23, səh.8,9) keçirilən dəyirmi masada C.Həsənli digər qonaqlarla birlikdə iştirak edərək, "Xocalı" faicəsindən danışır. AXCP-Müsavat hakimiyyətini tənqid edən C.Həsənli göstərir ki, məhz o vaxtkı Azərbaycan rəhbərliyinin siyasi səbatsızlığının nəticəsi idi ki, "Xocalı" ermənilərin əlinə keçdi, insanlarımız qətlə yetirilidi. O, elə həmin il fevral ayının 21-də yenidən "SƏS" qəzetində dəyirmi masada iştirak edir, müxalifətə işarə edərək "bağışlanmaz səhvin acı nəticələri" ifadəsini işlədərək müxalifəti itthima edirdi. Tədbir bitəndən sonra o, dəyirmi masanın digər qonağı Qasım Hacıyevlə "səmimi" söhbətində Əli Kərimlini əqidəsizlikdə və nankorluqda ittiham etdi.
Bütün bunlar onun nə qədər simasız, həyasız insan olduğunu sübut eləyən sadəcə xırda faktlardır. Onun kitabları, müxtəlif tədbirlərdə çıxışları, məqalələri vardır ki, Azərbaycan hökumətinin məqsədyönlü siyasətindən və ölkəmizdəki təhsil, səhiyyə sahəsindəki uğurlardan danışır, sosial-iqtisadi nailiyyətlərimizi qeyd edir.
Samir