Və ya onun 2007 -ci ildəki Moskva səfəri arxasında daha hansı məqamlar dayanıb?
Bu gün özünə növbəti siyasi qurum - "EL" hərəkatı yaradaraq uğursuz siyasətində var-gəl edən Eldar Namazovun daha bir qaranlıq əməli üzə çıxıb. Belə ki, E.Namazovun Moskvaya bağlılığı, onun çətinə düşdüyü vaxt məhz Rusiya paytaxtına ayaq açması heç kimə sirr deyil. Məsələn, onun "Milli Şura"nın nəzdində son Moskva səfərləri də belələrindən olub. Xatırladaq ki, "Milli Şura"nın Cəmil Həsənlidən öncəki "vahid namizədi" Rüstəm İbrahimbəyov Moskvada olarkən, E.Namazov qurumun poçtalyonu vəzifəsini daşıyıb və oradakı bəzi qaranlıq siyasi dairələrdən tapşırıqlar alıb.
Söyün Sadıqovla bağlı olan "tellər"
Lakin bu dəfə məlum olub ki, sən demə E.Namazovun Moskvaya bağlılığı hələ 2007-ci ilə dayanıb. Məsələn, etibarlı mənbədən əldə etdiyimiz informasiyaya görə, E.Namazov və Tofiq Zülfüqarov 2008-ci il prezident seçkiləri öncəsi, yəni 2007-ci ildə Moskva diasporundan dəstək (burada maliyyə dəstəyi də olub) almaq məqsədilə Rusiyanın paytaxtına yollanıb. O, ilk növbədə AzərRosa gedərək, orada Söyün Sadıqovla görüşüb. Məhz həmin dövrdən başlayaraq Sadıqovun təlimatlarını yerinə yetirməyə başlayan E.Namazov onunla birgə fəaliyyət göstərib. Beləliklə, E.Namazov S.Sadıqovdan həm siyasi, həm də maliyyə dəstəyi əldə edib.
Digər tərəfdən, E.Namazova həmin dövrlər Moskva şəhərində inşa ediləcək bazarın inşaatına nəzarət etmək həvalə olunmuş, sonradan isə həmin bazardab maliyyə gəliri götürmək tapşırılmışdı. Bazarın adı isə "Yujnıye Vorota"dır.
Eldar Namazovun həmin vaxtlar Söyün Sadıqovla Abbas Abbasovu yaxından tanış etdirmək cəhdləri puça çıxır
Digər maraqlı nüans isə budur ki, E.Namazov S.Sadıqovu həmin bazarda pay hissəsi olan Abbas Abasovu S.Sadıqovla tanış etmək qərarına gəlib. Bazarın inşaatı zamanı Namazovun dəllallığı, yəni maklerlikdə marağı yüksək olur. Lakin bütün bunlara baxmayaraq, E.Namazovun həmin vaxtlar S.Sadıqovla A.Abbasovu yaxından tanış etdirmək cəhdləri puça çıxır. Çünki Abbasov Namazova Sadıqovun tikinti sektorunda təcrübəsiz olduğunu, ona görə də onunla iş birliyinə getməyəcəyini deyib. Beləliklə, iki qurdun başı bir qazanda bişməmiş qalır.
Lakin görünən budur ki, bütün illərdə heç bir siyasi uğur qazana bilməyən E.Namazov həmin vaxtlarda biznes sahəsində də nailiyyət əldə edə bilməyib. Beləliklə, E.Namazov hansı sahəyə baş vurursa, yalnız və yalnız uğursuzluqla qarşı-qarşıya qalır. Görünür, "Milli Şura"ya bir zamanlar pul-para ayıran S.Sadıqov indi bu amili əsas gətirərək, E.Namazovu hesaba almır.
Rövşən RƏSULOV