"Yurd" şefi 12 milyon 5778 min manat vəsaitə görəmi qətl törədib?
Hazırkı mərhələdə görünən odur ki, AXCP sədri Əli Kərimli seçki prosesində bir o qədər aktiv deyil. Hətta müəyyən məsələlərə münasibətdə demək olar ki, "Yurd" şefi passivdir. Bu da yayılan şübhələrin əsaslı olması anlamını ortaya qoyur. Xüsusilə də, Elçibəyin zəhərlənərək qətlə yetirilməsində Əli Kərimli izinin görünməsi və buna görə, "Yurd" şefinin külli miqdarda pul alması barədə yayılan məlumatların həqiqət olduğu üzə çıxır. Çünki Əli Kərimlinin özü və qohumları nədənsə Əbülfəz Elçibəyin qətlindən sonra olduqca samballı həyat tərzi sürməyə başlayır. Məlumatlara görə, Elçibəyin qətlə yetirilməsi müqabilində Ə.Kərimlinin aldığı 12 milyon 5778 min manat məbləği "Texnikabank", "Əmrahbank", "Muğanbank" və "Beynəlxalq" bankda hissə-hissə yerləşdirmişdir. Maraqlısı odur ki, AXCP üçün bir qərargah ala bilməyən, kasıb və dilənçi kökündə təqdim edilən Əli Kərimli, əslində, Azərbaycanda maddi imkanlara malik partiya sədridir. Çox güman ki, Ə.Kərimli öz liderini zəhərləməsi müqabilində külli miqdarda maliyyə vəsaiti alıb indi guya ki, sözdə onun yolunu davam etdirir. Ə.Kərimli rus demişkən "çerez rüşvət" iş prinsipindən istifadə edir və tanış-bilişini, qohum əqrəbasını bu minvalla yanına toplayır, onlara iş və vəzifə verir.
ƏLİ KƏRİMLİ MÜAVİNLƏRİ İLƏ ƏLBİR İMİŞ...
Bununla yanaşı, yüz minlərlə maliyyə vəsaiti Əli Kərimli ilə iş birliyində olan və eyni zamanda, onun müavinləri olan AXCP rəyasət heyətinin üzvü Eldar Hüseynovun "Rabitəbank"ın Sumqayıt filialında 46 min 464 manat bank hesabı var. Əli Kərimlinin digər müavini İlham Hüseynlinin "Əmrahbank"dakı hesabına 12 min mana pul, AXCP rəyasət heyətinin digər üzvü Rövşən Quliyev, hansı ki, özlərinə qərargah almaq üçün sözün əsil mənasında, dilənməklə məşquldur, özünün mebel fabriki va, Hacıqabulda mebel mağazası, "Toshiba" elektirk malları satışı mağazası, "Yeganə" şadlıq evində mebel salonuna sahibdir.
Bu da hər şey xalqım üçün deyib, öz kirli əməlləri hesabına xalqdan oğurluq edənlərin və hazırda da dilənməklə məşğul olanların şəkli. Məncə, artıq şərhə ehtiyac yoxdur.
ƏLİ KƏRİMLİNİN OĞLU AY ƏRZİNDƏ 75 MİN XƏRCLƏYİR
Heç bir yerdə işləməyən, illik ödənişi 25 min dollar olmaqla xaricdə təhsil alan Əli Kərimlinin oğlu Türkel Kərimli atasının qərargah almağa pul tapmamasına baxmayaraq, ay ərzində 75 min avro xərcləyir. Görəsən, heç bir yerdə əmək fəliyyəti olmayan müxalifət liderinin yeniyetmə oğlu T.Kərimlinin bu qədər pulu haradandır? Bu ağılasığmaz dərəcədə müəmmalı məsələdir.
Ülkər Musazadə