PDF Oxu

Müxalifət

  • 19

"MİLLİ ŞURA: "KİM NƏ DEYƏR BİZDƏ OLAN QEYRƏTƏ, QEYRƏTİMİZ BƏLLİ BÜTÜN MİLLƏTƏ"

"MİLLİ ŞURA: "KİM NƏ DEYƏR BİZDƏ OLAN QEYRƏTƏ, QEYRƏTİMİZ BƏLLİ BÜTÜN MİLLƏTƏ"

Bu gün sizlərə "Milli Şura"nın sıralarındakı insanların dedikləri ilə əməllərinin tərs mütənasibliyindən danışacam. Danışım ki, bir daha onların əsil simasını, daha doğrusu simasızlığını görüb, agah olasınız. İlk olaraq, qadınlardan başlayaq...

GÜLTƏKİN HACIBƏYLİ İMİCMEYKER ROLUNU ÜZƏRİNƏ GÖTÜRÜB

Bir müddət əvvəl məhkəmə sabiq-deputat Gültəkin Hacıbəylinin əmlakına həbs qoymuşdu. Bu zaman sabiq-deputat həbsi qanunsuz adlandıraraq, əmlakın onun kecmiş həyat yoldaşına aid olduğunu iddia etmişdi. Lakin sular durulduqdan sonra, məlum oldu ki, daima "Milli Şura" sıralarından da, elə lap deputat olduğu dövrlərdə də düzlükdən dəm vursa da, sən demə məhkəmədə yanlış ifadələr verib və məlum olub ki, Toyota Avalon və LEXUS LX570 avtomobilləri və coxsaylı mənzilllər və obyektlər əslində Gültəkin Hacıbəyliyə aid imiş.

LALƏ-ŞÖVKƏT QININA CƏKİLİB

"Milli Birlik Hərəkatı"nın lideri Lalə-Şövkət Hacıyeva o imici qazanmaqdadır ki, xanım siyasətci yanan odu söndürüb, külü ilə oynayır. Düzdür, bir ara Rüstəm İbrahimbəyova güzəştə getməklə vəziyyətdən cıxmağa calışdı. Hətta "Milli Şura"ya Rüstəm İbrahimbəyovdan ötrü gəldiyini iddia etdi. Lakin daha sonra Rüstəm İbrahimbəyovun şura üzvlərini aldadılmasından sonra, Lalə-Şövkət bildirdi ki, "Milli Şura" strateji baxımdan düzgün qurulmayıb : "Görəsən, nə üçün kərimlilər və namazovlar kimi Qərbyönümlü birlik adlandırdıqları bu şuranı yenidən "İctimai Palata"ya çeviriblər. "Milli Şura" üzvləri yalançıdır və onlarla eyni qurumda olmaq mümkün deyil".

Qeyd edək ki, bu, sözləri ilə addımları düz gəlməyən Lalə-Şövkət, sözün əsil mənasında, bununla gah nala vurur, gah mıxa...Hazırda da "Milli Şura" sıralarını tərk etdiyi söylənilsə də, digər tərəfdən bu fikir təkzib olunur.

RÜSTƏM İBRAHIMBƏYOV AĞILINI İTİRƏN ADAM TƏSİRİ BAĞIŞLAYIR

Bu qoca kinoşünasın yalanları göz qabağındadır. Başqa nə deyəsən? Bir adam ki, ikinci ilə ikilini ayıra bilmir və ya bir adam ki, kişi kimi əvvəlcədən demir ki, mən Bakıya gəlməyəcəm, mənə ümidli olmayın, görəsən, o, necə prezidentlik iddiasına düşür? Bir rəhmətlik ağsaqqal kişi vardı və o, həmişə deyərdi: "Söz ağızdan çıxmayana qədər sən sözün ağası, söz isə sənin qulundur. Əgər ki, söz ağzından çıxdı, sən dönüb olursan qul, dediyin söz olur ağa və başlayır xırda bir söz sənə ağalıq eləməyə". Burada deyirlər dilim-dilim olasan dilim!

ƏLİ KƏRİMLİ YEDƏYƏ CEVRİLİB

Bu insanı "Milli Şura"nın aftoritar yalançısı adlandırmaq olar. Belə ki, elə ağlayır ki, adam deyir ki, bu insan acından günorta durur. Dilənçi kökündə olan bu şəxs özünü gah Qərb, gah Rusiyayönümlü agent kimi qələmə verir. Bu boyda partiya sədri olasan, amma bir qərargahın olmaya, bu, çox ağlamalı mənzərədir. Lakin ötən gün məlum olur ki, ölkənin, hətta MDB məkanında 8 milyon manat maliyyə vəsaitinə malik Əli Kərimli ən "varlı dilənçi" kimi Ginnesin rekordlar kitabına düşəsidir. Hətta öz aramızdır, Əli Kərimli "Milli Şura" daxilində "Hacı Qara" adı ilə tanınır və bu üzdən də partiya üzvləri toplantılarını o tin sənin, bu tin mənim deyə gəzə-gəzə keçirməli olurlar.

CƏMIL HƏSƏNLI QOCALIĞINDA YORĞALAMAQ EŞQİNƏ DÜŞÜB

Bu qoca professor namizədliyi təsdiqlənəndən sonra əllilliyini elan etməyə, rus demişkən, "uspet" elədi. Halaldı, vallah! Sən demə prezidentliyə namizədliyini irəli sürmüş "Milli Şura"nın axırıncı varintı III qrup əlil imiş. Fiziki qüsurlu olmaq qəbahət deyil, qəbahət onu gizlədib, debatda dürüstlükdən dəm vurmaqdır. Daha sonra rüşvətlə və fırıldaqla özünə 2000 manatlıq pensiya kəsdirib, efirdə dövlət strukturlarını rüşvətxorluqda günahlandırmaq qəbahət deyilsə, nədir? Adama deyərlər, ki, rüşvətxorluğa qarşı çıxış edirsən, ilk öncə gərək ki, fırıldaqla düzəltdiyin 2000 manatlıq pensiyadan imtina edəsən. Nə deyim, valllah, bu "Milli Şura" üzvləri mikrofon görən kimi adları da yadından çıxır, deyəsən...

İSA QƏMBƏR BİCLİKDƏ ŞEYTANA PAPIŞ TİKƏN ŞƏXS KİMİ TANINIR

İsa Qəmbər kənarda dayanıb, demək istədiklərini və ya söyüb, təhqir etməyi planlaşdırdığı həmkarlarını Pənah Hüseyn və Arif Hacılı vasitəsi ilə söydürməyi əsas prinsipi hesab edib. Dəfələrlə Əli Kərimlini, Eldar Namazovu, Mirmahmud Mirəlioğlunu, Rəsul Quliyevi və digərlərini sözügedən şəxslər tərəfindən "Yeni Müsavat" qəzeti vasitəsi ilə söydürüb. Artıq onun bicliyi və siyasi hiyləgərliyi müxalif partiya sədrlərinə məlumdur. Bu səbəbdən də, "Milli Şura" daxilində satqın adını alıb.

Ülkər Musazadə

Digər xəbərlər