PDF Oxu

Müxalifət

  • 16

Səxavət Əlisoy "Milli Şura"nın iç üzünü belə açdı

Səxavət Əlisoy "Milli Şura"nın iç üzünü belə açdı

"Milli Şura"da təmsil olunan partiyalar arasındakı iğtilaflar, söz davaları və bir-birilərinə qarşı ittihamlar bir çox mətləblərin üstünü açır. Elə müxalifətçilərin özlərinin "Milli Şura"da baş verən dava-dalaşlara aydınlıq gətirməsi bir daha sübut edir ki, bu vaxta qədər bu qurum haqqında deyilənlər doğru imiş.

Müsavat başqanının müşaviri Səxavət Əlisoy "Milli Şura"da təmsil olunan bir sıra partiyalar arasında yaranan fikir ayrılığına münasibət bildirib: "Təbii ki, belə olmalı idi. At belində olan yekəxanalıq, mənəm-mənəmlik meydan sulamalı idi. Bu şurada siyasi oriyentasiyasına görə solçular, sağçılar, islamçılar və digərləri cəm olub. Hər kəs də özünü digərlərindən güclü bilir. Bilirsiniz, Azərbaycan müxalifətində bu gün elələri var ki, özlərini Leninə, Stalinə, Corc Vaşinqtona, Napoleona, Taleyrana və digərlərinə bənzədirlər".

S.Əlisoy onu da qeyd edib ki, 20 il əvvəl 3-4 ay Prezident Administrasiyasında işləyənlər özlərini bu qurumun rəhbəri postunda görür, özünə prezident kreslosunu rəva bilirdilər. Vəzifədən ötrü ürəyi gedənlər var ki, ağzından çıxanların fərqində deyillər."

Qəribə olan budur ki, "Milli Şura" daxilində mənəm-mənəmlik iddiası ilə yaşayanlar və bir-birini hər an tapdalamağa çalışanlar "vahid komanda" şəklində hakimiyyətə gələcəklərini və özlərinə prezident seçəcəklərini iddia edirlər. Axı, hansı komandadan söhbət gedə bilər ki, bu gün Ə.Kərimli və İ.Qəmbər müxalifəti monopoliyaya almaq uğrunda bir-biri ilə ölüm-dirim mübarizəsi aparırlar. E.Namazov və onun tərəfdarları isə tamam başqa missiya yerinə yetirirlər. R.Quliyevin və onun tərəfdarlarının "Milli Şura"ya hansı məqsədlə gəldiyi hələ də məlum deyil. Məhz elə bu cür ziddiyyətlərdən və yekəxanalıqlardan yaxa qurtara bilmədiklərinə görə, İ.Qəmbər, xüsusən də, Ə.Kərimli C.Həsənlini zorla "Milli Şura"ya vahid namizəd kimi pərçim etdilər. İndi bu adamlar utanmadan deyirlər ki, biz hakimiyyətə gəlib ölkəni idarə edəcəyik. Hansı komanda ilə, başıpozuq və hərəsinin ağzından bir avaz gələn adamlarlamı?

Azərbaycanı yenə də özlərini dövlət başçısı, nazir və s. gördükləri günlərə qaytarmaq istəyirlər. 1992-ci ildə Prezident Administrasiyasının hansısa sıravi işçisi az qala Ə.Elçibəyi tribunadan salırdı, sözünü kəsirdi, çıxış etməyə qoymurdu. İsgəndər Həmidov AzTV-nin birbaşa efirində dövlətə və xalqa hörmətsizliyini açıq nümayiş etdirirdi, cəbhədaşlarına hücum çəkirdi. Belə neqativ halları yetərincə saymaq olar. Bu günün həqiqəti ondan ibarətdir ki, özlərini Lenin, Stalin, Corc Vaşinqton, Napoleon, Taleyran qismində görənlər Maştağada məlum bir müəssisədə yerləşdirilirlər. Həqiqətən də, "Milli Şura" bir çox xüsusiyyətlərinə görə, Maştağa dəlixanasını xatırladır.

Samir

Digər xəbərlər