Çingiz Qənizadə: "XARİCİ VƏTƏNDAŞLARDAN HƏR HANSI BİR MƏQSƏDLƏ ALINAN PUL ŞÜBHƏLİ MƏQAMDIR"
AXCP sədri Əli Kərimli 20 ildir siyasi düşərgədə olsa da, hazırda əminliklə demək olar ki, onun siyasi fəaliyyətində durğunluq hiss olunur. Gör nə yerə gəldi çatdı ki, hər zaman kürsü uğrunda mübarizə aparan Ə.Kərimli indi əyilib Cəmil Həsənliyə. Hazırda məlum olan fakt ondan ibarətdir ki, sən demə, AXCP sədri Əli Kərimli indi də özünü biznes sahəsində sınayır. Belə siyasətçi"dən danışın.....Həm şeir yazır, həm ticarətlə məşquldur, həm xarici fondlardan maliyyə yardımı adır. Bu qədər işin içində İsa Qəmbərlə çəkişməsindəndə qalmır. "Ehtiyat igidin yaraşığıdır" deyib kürsü eşqinə düşən bu Əlinin sən demə İngiltərədə yaman başı qarışıqmış. Özü gedə bilməsə də orada xeyli ticarət obyekti onu xaricdən maliyələşdirən QHT-lər var. Daxildə də onu bir neçə siyasiləşmiş QHT dəstəkləyir. Həmin QHT rəhbərləri Novella Cəfəroğlu, Leyla Yunus, Səidə Qocamanlı və s kimilərinin adları çəkilirdi. Hansılar ki, xarici vəsait hesabına dövlətə və millətə zidd fikirlər yeridir.
Deməli elə, Əli Kərimlinin xaricdən maliyələşməsi haqda fikirlər səslənirdi amma daha dəqiq desək bunun məhz hansı ölkədən olması məlum deyildi. Bizdə olan məlumatlara əsasən, Ə.Kərimli mütəmadi olaraq, "Western Union" pulköçürmə vasitəsilə Yelena Andreyevna Sadqiyevadan müntəzəm olaraq pul aldığı qeydə alınıb. "Yelena Andreyevna Sadqiyeva" kimdir, nəyə xidmət edir? Və ya o ad altında kimin gizləndiyi hələ də müəmallı olaraq qalmaqdadır. Adıçəkilən "Yelena Andreyevna Sadqiyeva"nın kimliyi və mütəmadi olaraq Əli Kərimlinin hesabına külli miqdarda pul köçürmələrini nə üçün etdiyi hələ ki, sual altındadır. Lakin qeyd edək ki, faktla bağlı araşdırma davam edir.
"Məncə xüsusi xidmət orqanları Əli Kərimlinin hesabına kim tərəfindən və nə məqsədlə pul yatırıldığını aydınlaşdırmalıdır. Hesab edirəm ki, Azərbaycan hüquq mühafizə orqanları bu işlə yaxından məşqul olmalıdır və bu məsələyə hüquqi qiymət verməlidir. Müxalif partiyasının sədri olaraq və siyasi ambisiyalı bir insan kimi xarici vətəndaşlardan hər hansı bir məqsədlə alınan pul təbii ki, şübhəli məqamdır. Çox istərdim ki, bu məsələ aydınlaşdırılsın". Bu haqda millət vəkili Çingiz Qənizadə verdiyi açıqlamasında bildirib.
Ülkər Musazadə