PDF Oxu

Müxalifət

  • 14

"Milli Şura"nı fikir ayrılıqları dağıdır

"Milli Şura"nı fikir ayrılıqları dağıdır

"Milli Şura" deyilən qurumu yaardanlar özlərində də şübhə yox idi ki, "Milli Şura" cəmiyyətə heç bir fayda verməyəcək. Belə də oldu. Bir qurumda təmsil olunan Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, "EL" hərəkatının sədri Eldar Namazov və başqalarının qurumda təmsil olunmaları şuranı çökdürdü. Zatən sıravi müxalifətçilər "Milli Şura"dan hansısa xeyir, fayda da gözləmirdi. Çünki xalq öz dövlətinin qayğısını daim hiss edir. Belə radikallardan nəsə gözləməyə dəyməz. Adı üstündə radikal.

"Milli Şura" adlı qondarma qurumda təmsil olunanların bir masa ətrafında söhbətə başladığı gündən bu yana keçdikləri yola nəzər saldıqda görürük ki, Rüstəm İbrahimbəyov bunların başına elə bir oyun aşdı ki, heç ağıllarına belə gəlməzdi. Rüstəm içdi araqdan, saldı bunları ələ. Sonra da Rüsikdən əlləri üzülən Ə.Kərimli ilə İ.Qəmbər başladılar Cəmil Həsənliyə lox quyusu qazmağa. Bu quyunu qazıb, Cəmili saldılar ora. İndi də başına turp əkillər.

"Milli Şura"nın keçirdiyi mitinqlərə də nəzər saldıqda görürük ki, bu mitinqlər rəzil, rüsvay halda keçirilir. Hər dəfə İsa Qəmbər anormal açıqlama verir ki, 10 min nəfər gələcək. Axırda da hamı şahidi olur ki, cəmi 10 nəfər mitinqə gəlib. O da ki, özləri. İnsanların bunlara inanmadıqları açıq-aydın göz önündədir. Bunlar isə bu reallığı dərk etmək istəmirlər. Amma istəsələrdə-istəməsələrdə bu belədir. Xalq onları qəbul etmir, inanmır. Sizin iç üzünüz hamıya bəllidir. Siz xəyanətkar, satqın, ikiüzlüsünüz. Seçkilərdən də əliniz üzülüb. Ona görə ki, yaxşı bilirsizniz ki, sizlər seçkidə qalib gələn deyilsiz. Heç bir faiz belə səs toplaya bilməyəcəksiz. Bir daha özünüzü biyabır edəcəksiniz. Onsuz da artıq biyabır olmusunuz.

Sonda onun da qeyd edim ki, "Milli Şura"da ortaq fikir yoxdur. Ə.Kərimlinin fikri ilə bu günə qədər İ.Qəmbər razı deyil. İ.Qəmbərin fikri də C.Həsənlinin boğazından keçmir. Hərəsi bir söz danışır. Ona görə də bu qurum qələbə, uğur qazana bilmədi və bilməyəcəkdə. Onların "Milli Şura" adı altında özlərini təqdim, təkzib etmələrinə cəmi 2-3 gün qalıb.

Cahid Süleymanov

Digər xəbərlər