PDF Oxu

Müxalifət

  • 24

Cəmil Həsənli, sən də belə getdin !

Cəmil Həsənli, sən də belə getdin !

Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Rəhmətlik Sabir gözəl satirik şeirlər yazıb, lakin özünə alim deyən Cəmil Həsənli bir dəfə də olsun dahi şairimizin kitabını açıb, şeirləri oxumur. Bir dəfə də olsa, bu cür kitabların üzünü açmır. Sonrada başından böyük danışır ki, professoram, ay belə professoram. Yalansa sənin...

Hər kəsə bir mətləb çox aydın şəkildə bəlli idi ki, prezident seçkisindən dərhal sonra İsa Qəmbərlə, Əli Kərimli Cəmil Həsənliyə bir təpik vuracaqlar. Belə də oldu. Özü də necə təpik...Cəmil Həsənli bu təpikdən sonra oturduğu qərargahın pəncərəsindən düz Xəzərə qədər uçub. Hələ mən demirəm orada daha nələr baş verib.

Məlumatlara görə, dünən səsvermə başa çatdıqdan sonra məğlubiyyətlərini bilən İ.Qəmbər C.Həsənlinin otağına girərək, ona bildirib ki, seçkidə məğlub olduğu üçün onu vəhşicəsinə döyəcək. Cəmil də qorxub qaçıb AXCP sədrinin üstünə. Lakin Ə.Kərimlidən də ona mədəd olmayıb. AXCP sədri deyib ki, səni döymək planı İsanın təkbaşına verdiyi qərar deyil, elə mən də onunla birgə sənin axırına çıxacam. Bütün bunları görən C.Həsənli qalıb iki daş arasında. Hətta əldə olunan məlumatlara əsasən, əvvəlcə o, intihara cəhd edib, daha sonra isə, fikrindən daşınaraq, ölkədən qaçmaq istəyib. Lakin onun bu planından xəbər tutan "Milli Şura" üzvləri C.Həsənlini girov saxlayıblar. O, məcburi şəkildə saxlanılır və evə-belə getməyə icazə verilmir. Bütün bunlardan belə anlaşıldı ki, artıq bir neçə günə Cəmil Həsənlinin cənazə namazı qılınmalıdır. Çünki o bilirdi ki, seçkidə biyabırcasına məğlub olacaq və İsa ilə Əli də onu öldürəcəklər. Lakin bunu bilə-bilə onun prezidentlik həvəsi və iştahası imkan vermədi ki, özünə vaxtında çarə qılsın. Onu da qeyd edək ki, Ə.Kərimli ilə İ.Qəmbər məğlub olacaqlarını əvvəlcədən bildikləri üçün bıçaqlarını itiləməyə seçkidən əvvəl başlamışlar ki, oktyabrın 9-dan sonra dirəsinlər Cəmilin boğazına.

Bir daha şahidi olduq ki, C.Həsənli ona verilən tövsiyyələrə məhəl qoymadığı üçün indi əllərini döyür başına. Ona dəfələrlə deyilmişdi ki, Müsavat başqanı ilə AXCP sədrinin lox axtarışı quyusuna düşməsin. O isə düşdü. İndi çəksin cəzasını.

O ki qaldı Ə.Kərimli ilə İ.Qəmbərin seçki sonrası vəziyyətinə, onların durumu daha da bərbaddır. Çünki bununla onlar növbəti dəfə də məğlubiyyətlə 3-5 nəfər tərəfdarlarının qarşısına çıxıblar. Burada isə onlara verilə biləcək bir sual ortaya çıxır- niyə ölmürsünüz?!

Cahid Süleymanov

Digər xəbərlər