Hamınızın yaxşı tanıdığı, "Azadlıqdan tiranlığa" adlı xəyallarla dolu olan kitababənzər dəftərçənin müəllifi olan Turqut Ər Azərbaycandakı seçkilərə münasibət bildirib. Nə deyibsə, də artıq hamınızda ilk təəssurat yarandı, hətta onun seçkiyə olan münasibətini oxumadan belə cümlələrinin quruluşunu təxmin etmək mümkündür. Soyadında "ər, qəhrəman, ağa" sözlərinin olması həmin şəxsin heç də bütün sözlərinin real daşıyıcısı olmaq demək deyildir.
Məsələn, Qəhrəmanov soyadlı bir əsgər yoldaşım var idi, ayaqyoluna gedəndə də öz səsindən qorxurdu, dəfələrlə o vəziyyətdə durub qaçıb. Ən çox sevdiyi heyvan da dovşan idi, daha pələng, şir, aslanı sevməzdi. Eşitdiyimə görə, T. Ər də "Ər" soyadını sonradan götürüb, bir acza "şanlı" görsənsin deyə, guya kişinin oğlu qədim türk oğludur da.
T.Ər Azərbaycan hakimiyyətini tənqid eləməklə, dövlətə xəyanət yağdırmaqla yanaşı, həm də Türkiyə dövlətini qınayıb eyni ittihamları öz dövlətinə də səsləndirir. Deyir ki, Türkiyə prezidentinin də, baş nazirinin də təbriki bir diplomatik jestdir. Adama sual verərlər ki, bəs Türkiyənin o boyda prezidenti də, baş naziri də bir dənə jestdən ötrü öz nüfuzunu sual altına alardımı? Türkiyə nə vaxt hansısa diktatoru təbrik edib və ya şəninə təriflər yağdırıb? Heç vaxt.
İstər Abdullah Gül olsun, istər Rəcəb Tayyib Ərdoğan, hər iki şəxs Azərbaycanda keçirilən seçkilər haqqında çox dəqiq məlumat alan şəxslərdir, dövlət rəhbərləridir. Onlar gözəl bilirlər ki, Azərbaycan xalqı öz Prezidentini seçdi və Türkiyə dövləti olaraq qardaş kimi onların da boynuna təbrik etmək düşür. Odur ki, iki qardaş dövlət arasında T.Ər kimi qanqal olub bitmək istəyənlər həmişə elə kol-kosun arasında itib-batıblar.
İndi belə baxanda T.Əri də qınamıram, çünki onun xisləti mənə də bəllidir və öz erməni missiyasını həyata keçirir. Yəni hər beş ildən bir "quqqulu" eləyib ortaya atılan bu cür peşəkalar çox olur, belələrini qulaqardına vurmaqdan başqa yol yoxdur.
Zalım oğlu, Türkiyədə "peşəkar" yazarlardan biri kimi tanınır, sifarişli yazıların müəllifi kimi yaxşı "ad" çıxarıb. Bütün körpüləri yandırmışdı bu adam, indi daha Rəsul Quliyev onun kitabını da maliyyələşdirmir, xırda-mırda açıqlamalarla gündəmə can atır. Bu boyda dünyada onun yazısını "Azadlıq"dan başqa kimsə çap eləmir. Görün ha, nə qədər "önəmli" şəxsdir...
Samir